BMT-nin baş katibi və ABŞ prezidenti ilk dəfə görüşüblər

BMT-nin baş katibi Antoniu Qutteriş və ABŞ prezidenti Donald Tramp ilk dəfə görüşüblər.

“Report” “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə baş katibin təmsilçisi Stefan Dyujarrik xəbər verib.

“Baş katib və prezident yaxın vaxtlarda növbəti dəfə görüşməyi razılaşdırıblar. S.Dyujarrikin fikrincə, BMT ilə ABŞ arasında əməkdaşlıq məsələsi konstruktiv şəkildə müzakirə edilib” – deyə Dyujarrik bildirib.

O, qeyd edib ki, tərəflər arasında maraqlı diskussiya olub.

BMT baş katibi nümayəndəsinin sözlərinə görə, görüş 10-15 dəqiqə davam edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR