Britaniya 65 milyard ödəməlidir

27 ölkənin iştirakı ilə keçirilən görüşdə Avropa Birliyi təkidlə əlaqələrin inkişafının gələcək mərhələsini müzakirə edib. Britaniya ilə bu görüşün iyunun 8-də keçirilən seçkilərdən sonra baş tutması gözlənilir.

“Reuters” xəbər agentliyinin məlumatına görə, Avropa Birliyinin liderləri Britaniyanın iştirakı olmadan Brüsseldə görüşərək bu ölkənin Avropa Birliyini tərk etməsinin, “Brexit”i (Britain exit – Britanıyanın çıxışı) müzakirə edib.

Avropa Konsulunun prezidenti Donald Task isə bildirib ki, Avropa Birliyinin ingltərə ilə gələcək əməkdaşlığına dair danışıqlarn daha öndə olan məsələ “cəmiyyət, pul və İrlandiya”dır.

Britaniya hökuməti isə öz növbəsində rəsmi münasibətində bildirib ki, bu danışıqlar gələcək münasibətlərin inkişafına dəlalət vermir.

Task bildirib ki, Avropa Birliyinin gələcək əlaqələrinini inkişafı üçün ilk öncə keçmişi və 3 lazım olan nüansı unutmaq lazımdır:

– Britaniyada yaşayan Avropa Birliyi vətəndaşları effektiv, səmərəli əməkdaşlığı davam etdirməlidir.
– Britaniya Avropa Birliyinin üzvi olmuş bir dövlət kimi bütün maliyyə öhdəlikləriin yerinə yetirməlidir.
– İrlandiya və Şimali İrlandiya sərhədlərində gərgin münasibətlərdən qaçılmasına nail olmaq lazımdır.

Bununla yanaşı Avropa İttifaqı Brexit əməliyytaına görə Britaniyadan 65 milyard dollar ödəməyi tələb edib. Lakin rəsmi London bu vəsaiti ödəməyəcəyini bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR