Bu gün deputatlar, sabah jurnalistlər

 Deputatların etik davranışları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin üzvü Tahir Kərimli bildirib ki, qanun deputatların fəaliyyətini məhdudlaşdırır. Tahir Kərimli hesab edir ki, qanun layihəsinin qəbulundan sonra deputatın davranışı etik-əxlaqi kateqoriyadan çıxıb hüquqi məsuliyyət daçıyacaq. Deputat qeyd edib ki, heç bir ölkədə etik normanın pozulmasına görə, hüquqi məsuliyyət yoxdur: “ Əgər bu gün etik normalar bələdiyyələrə, yaxud deputatlara tətbiq olunursa, sabah digər sferaların nümayəndələrinə tətbiq olunacaq”. (strateq.az).

 Tahir Kərmlinin fikirləri ilə bağlı onun deputat həmkarı Araz Əlizadə LEGİON-a aşağıdakıları söylədi:“ Əgər deputat xalq tərəfindən seçilibsə, o öz hərəkətlərinə nəzarət etməlidir”. Tahir Kərimlinin fikrincə, əgər bu gün etik normalar deputatlara tətbiq olunursa, sabah bu qaydalar digər sferalara tətbq olunacaq. Məlumdur ki, Azərbaycan məmurları KİV nümayəndəlrini susdurmaq üçün dəfələrlə cəhd ediblər. Etik normaların pozulmasının hüquqi məsuliyyəti KİV nümayəndələrinə də tətbiq oluna bilərmi..?

Bu məsələ ilə bağlı Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrətin fikirlərini öyrəndik: “ Ölkəmizdə deputatlar toxunulmazdır. Onları hüquqi məsuliyyətə cəlb etmək elə də asan məsələ deyil. Amma son vaxtlar bəzi deputatlar öz çıxışlarında müxtəlif sferaya mənsub vətəndaşları təhqir ediblər. Mən əminəm ki, etik normalara görə hüquqi məsuliyyət məsələsi jurnalistlərə tətbiq olunmayacaq. Çünki KİV nümayəndələrinin etik davranışları beynəlxalq normalara uyğun olaraq jurnalistlərin özü tərəfindən müəyyən olunur”.

R.Həsənoğlu

LEGION

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR