Bu həbsxanada məhbuslar adam yeyir: Dünyanın ən qorxunc zindanları – FOTOLAR

Dünyada həbsxanalar çox olsa da elələri var ki, onların bütün dünyada tanıyırlar.

Cebhe.info barələrində ən çox yazılan və çox zaman dəhşətlərlə gündəm olan həmin həbsxanaları təqdim edir:

1. Ruandadakı adamyeyənlər həbsxanası. 500 məhbus üçün nəzərdə tutulub. Ancaq 6 mindən çox dustağı var. Burda hər gün onlarla məhbus ölür və yeniləri gətirilir. Ölüm səbəbi isə daha çox aclıq olur. Burda cəsədlər çölə çıxarılmır, çünki ac saxlanan məhbuslar ölülərin ətini yeyir.


2. Türkiyədəki Silivri həbsxanası. 11 min nəfər üçün nəzərdə tutulub. Türkiyənin ən böyük və modern həbsxanasıdır. 50 milyon manata başa gəlib və 2008-ci ildən istifadədədir. 2500 kamera ilə izlənir. İçində bərbərxanalar, iş atelyesi, 16 idman meydançası, 8 konfrans salonu var.


3. Sark həbsxanası. Dünyada ən balaca həbsxanadır. 1856-cı ildə tikilib. Ancaq iki məhbus yerləşir. Əsasən təcridxana kimi istifadə edilir.


4. Norveçdəki Halden həbsxanası. Bura həbsxanaya yox, bəkə də oteldə yemək daha doğru olar. Ən ağır cəzanın 21 il olduğu Norveçdəki bu həbsxanada 77 nəfərin qatili olan Anders Brevlik də saxlanılır.


5. İspaniyadakı Aranjuaz həbsxanası. Bura həm də ibtidai məktəbdir. Uşaqlar burda valideynləri ilə zaman keçirə və təhsil ala bilərlər.


6. Filippindki Cebu həbsxanası. Bura həm də rəqs məktəbidir. Qatillər, narkotik tacirləri, təcavüzdə ittiham edilənlər burda saxlanılır. Onlar hamısı pop mahnılarının sədası altında məcburən rəqs etdirilir. Məqsəd məhkumları reablitasiya etməkdir.


7. Fransadakı La Sante həbsxanası. Susuz həbsxana kimi ad çıxarıb. Məhkumlar burda susuzluqdan ölüb. Əsasən xadimələrin istifadə etdiyi kimyəvi maddələrlə intihar edirlər.


8. Venesueladakı La Planta həbsxanası. Burdakı məhbuslardan silah və narkotik əskik olmur. Tez-tez silahlı qarşıdurmalar baş verir.


9. Braziliyadakı Caranduri həbsxanası. Burdakı məhbuslar arasında QİÇS geniş yayılıb. Bu xəstəlikdən və ya bir-birini öldürməkdən məhbusların çox cəza müddətini başa vura bilmir. Burdakı hər 65 məhkumdan 1-i ilk 6 ilində QİÇS-dən, 2-i isə digər səbəblərdən ölür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR