“Bütün aktyorlar qadındır” – Azərbaycanlı tanınmış rejissor – VİDEO

“Sualları yazmadım, amma universitetə qəbul oldum”

“Bu sənətə gəldiyim üçün peşmanam”

ARB TV-nin “Ömrün fəsilləri” verilişinə qonaq olan rejissor-aktyor Nicat Kazımov maraqlı açıqlamalar verib.

Rejissor ilk olaraq universitet illərindən bəhs edib:

“Sözün açığı universitetə qəbul olmaq istəmirdim. O vaxt da tələbat çox idi. Bir yerə 10-dan çox adam sənəd verirdi. Ədəbiyyat imtahanını verməliydim, çünki verməsəm, atam başa düşəcəkdi ki, bilərəkdən yazmamışam. Çünki bilirdi ki, ona hazırlaşmışam. Ədəbiyyat imtahanını verib, 5 aldım. Ümid edirdim ki, riyaziyyat imtahanından kəsiləcəm. Əlimdən gələni elədim ki, kəsilim. Sualın birini yalandan yazdım, o biriləri yazmadım, amma qəbul oldum”.

O, daha sonra sənətə gəldiyi üçün peşman olduğunu bildirib:

“Hərdən sənətə gəldiyim üçün peşmançılıq çəkirəm. Kaş gəlməyəydim. Rejissor kölgədə qalan bir işdir. Yaxşı nə varsa, aktyorların boynuna yazılır. Əgər bir balaca səhv olarsa, bu rejissorun səhvidir. Təriflər aktyora, tənqidlər rejissora ünvanlanır. Məşq prosesində ailə yaranır. Bütün rejissorlar cinsiyyətindən asılı olmayaraq kişidir, aktyorlar isə cinsiyyətindən asılı olmayaraq qadındır. Ailəni kişi idarə edər. Son söz rejissorda olur həmişə”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR