Cəlilabad hərbi komissarı “asan xidmət” açıb – Şərtlər

Cəlilabaddan hərbi xidmətə getməyənlərin sayı artır. Buna səbəb heç də gənclərin hərbi xidmətə marağının azalması deyil. Sadəcə, Cəlilabad rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisinin bu işi bazarlığa çevirməsidir.
Ona görə hərbi xidmətdən yayınmaq sadələşib. Əvvəllər həkim müayinəsindən tutmuş digər prosedurlara qədər pul xərcləmək lazım idisə, indi hər şey bir əldə cəmləşib

Belə ki, pul bir mərkəzə çatır və ordan paylanır. Nəticədə valideyn və övladı əziyyət çəkmir. Buna asan xidmətin rşüvət modeli də demək olar.
Cəlilabadın hərbi komissarı Həsrət İsmayılovun yaratdığı bu komfort şərait tariflərin bahalaşmasına səbəb olub.

Devalvasiya və böhrana baxmayaraq, son çağırışa qədər 3000 manat olan “niqodnıy” bilet 3500 manat olub. Əvəzində lüks xidmət təklif olunur və prosedurlardan keçmək sadələşir.

Məlumatda vurğulanır ki, komissarlıqdan narazılıq edən də yoxdur. Çünki hərbi xidmətdən yayınmaq istəyənləri bu şərtlər qane edir. H.İsmayılov da vətəndaşlara göstərdiyi bu asan xidmətdən qürur duyur.

Yaxın çevrəsində də bildirir ki, sistem belə qurulub və ondan kənara çıxmaq mümkün deyil. Onun bu sistemin içində edəcəyi yaxşılıq isə insanları incitmədən bu işi həyata keçirməkdir. Yəni, onsuz da rüşvət ayaq açıb yeriyir.

 Qiymətlərin qalxması çətinlik yaradıb. Amma indiki dövrdə 3500 manata heç yerdə iş görülmür.

Hətta H.İsmayılov o qədər ürəyiaçıq insandır ki, tanış və etibarlı adamlara bu işi 2500 manata da görür. Hər halda iddialar belə deməyə əsas verir.
Rayonda bir müddətlik möhlət hüquqi istəyirlərsə, bu zaman qiymətlər 200 manatdan 500 manata qədər artır. Cumhuriyyet.net yazıb ki, Həsrət İsmayılov Hərbi Komissarlıq sistemində Aslan Aslanovun adamı kimi tanınıb.

Hər kəsə bəllidir ki, Əliağa Hüseynov Respublikanın Hərbi Komissarı vəzifəsindən azad ediləndən sonra Səfər Əbiyev komissarlıq sistemini faktiki olaraq Aslan Aslanovun idarəçiliyinə vermişdi.

Aslan Aslanov 2 il müddətində hərbi komissarlıqların 4-cü, 2-ci şöbələri, hərbi polis və hərbi hospitalları idarə etdi. Amma H.İsmayılovla A.Aslanovu yalnız bu tellər bağlamırdı. Aslan Aslanov hərbi komissarlıqları idarə etdiyi zamanlarda o vaxt Şəmkirin hərbi komissarı olan Həsrət İsmayılovdan borc adı ilə xeyli pul almışdı.

O pulu da geri qaytarmayıb. Bakıda vəzifəyə təyin etdirəcəyini vəd edirdi. Sonradan Aslan Aslanov vədini tutmadı, Həsrət İsmayılovun pulunu da qaytarmadı.
RadikalNews.info saytı isə yazıb ki, Cəlilabad rayonu Xəlilabad kənd sakini Məmmədov Mahir Böyükağa oğlu ölkə rəhbərliyinə, həmçinin aidiyyatı dövlət orqanlarına müraciət edib.

Oğlunun gecə görmə qabiliyyəti olmadığını bildirən şikayətçi, bununla bağlı xəstəlik sənədlərini Hərbi Komissarlığa təqdim edərkən, təhqir olunduqlarını bildirir: “Mənim oğlum Məmmədov Yusifin anadangəlmə gecə görmə qabiliyyəti yoxdur.

Ekspertlər də bildiriblər ki, bu elə bir xəstəlikdir ki, heç vaxt müalicəsi mümkün deyil. O xəstəliyin dəqiq elmi adını bilməsəm də (müxtəlif xəstəxanaların verdiyi müvafiq kağızlarda göstərilib), el arasında buna “toyuq xəstəliyi” deyilir.

Oğlum gündüzlər görsə də, gecə qətiyyən görmür. Biz onu anadan olandan, ta indiyə kimi gecələr çölə, ayaqyoluna əlindən tutub yanımızda aparıb gətiririk. Həkim kağızlarında da göstərilir ki, oğlumun görmə qabiliyyəti 23-30 faizdir. menbe ulus.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR