Çin 2018-ci ilə qədər Antarktidada aerodrom tikintisinə başlayacaq – VİDEO

Çin 2018-ci ilədək Antarktidanın antarktik buz lövhəsində aerodrom tikintisinə başlayacaq.

“Report” xəbər verir ki, bunu Çin Xalq Respublikasının Dövlət Okeanologiya İdarəsi yanında Qütb Araşdırmaları İnstitutunun direktor müavini Sun Bo bildirib.

“Aerodrom əvvəlcə yalnız uçuş-eniş zolağından ibarət olacaq, ona görə tikinti asan olacaq — bizə bircə seçilmiş ərazisini düzləmək və onu həmin vəziyyətdə saxlamaq lazım gələcək”, – deyə Sun Bo “China Daily” qəzetinə söyləyib.

Onun sözlərinə görə, aerodrom Çinin “Çjunşan” arktik stansiyası yaxınlığında olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR