DİN Bakının mərkəzində bağlanan hostellə bağlı açıqlama verdi

“Azərbaycan xalqı qonaqpərvər xaldır, onun çoxsaylı qonaq evləri və hostelləri var. Hostellər xalqımızın mentalitetinə ziddir ifadəsi düzgün deyil”.

Bunu Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov Oxu.Az-a deyib.

O qeyd edib ki, Bakının mərkəzində hostellərə qarşı heç bir reyd keçirilməyib.

“Bakının mərkəzində yaşayış binalarının birində hostel fəaliyyət göstərib. Həmin ərazidə yaşayan insanlar polisə dəfələrlə şikayət edib. DİN əməkdaşları bununla bağlı araşdırma aparıb. Mən konkret olaraq bu hadisə ilə əlaqədar danışmışam, ümumi hostellərlə bağlı yox.

Biz araşdırma aparıb, işi məhkəməyə göndərdik. Bir daha qeyd edirəm ki, bu məsələni məhkəmə həll edəcək”.

15:08

Hostellər xalqımızın mentalitetinə yaddır.

Bu barədə haqqin.az-a Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

DİN nümayəndəsinin fikrincə, hostellər qeyri-yaşayış binalarında açılmalıdır.

Qeyd edək ki, Bakıda hostel xidməti göstərən obyektdə reyd keçirilib. Həmin hostel bağlanıb. E.Zahidov bildirib ki, hostelin sahibkarı qanunu pozmayıb. Amma qonşuların şikayəti polisin operativ reaksiyası üçün əsas verib:

“Araşdırma aparıb işi məhkəməyə göndərdik. Bu məsələni məhkəmə həll edəcək”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR