Dini işlər üzrə dövlət komitəsi icmalara ayrılan dövlət vəsaitinə nəzarət edirmi ?

27 mart 2017-ci il tarixdə LEGİON saytında “Pul hara gedib?” başlıqlı məqalə dərc olunub. Məqalə tanınmış publisist Tamara Hümbətovanın müraciəti əsasında hazırlanıb. Hümbətova öz müraciətində qeyd edir ki, islam, xrisitian və iudaizmə mənsub vətəndaşların dinc və mehriban şəraitdə yaşaması üçün Dini qurumlarla iş üzrə Dövlət Komitəsi dini icmalara maddi dəstək verir və hər il bu məqsədlə dövlət büdcəsindən 6 milyon manat civarında pul ayırır: “ Dövlət Komitəsi dövrü olaraq hər dəfə hesabat verir ki, onlarla dini icmaya maddi kömək edildi, pullar ayrıldı…Bu barədə Dövlət komitəsindən hər hansı məlumat almaq demək olar ki, mümkün deyil.

Axı söhbət hansısa ianədən deyil, dövlət vəsaitindən gedir. Mətbuatda gedən məlumatlara görə pul ayrılan dini icmaların sayı 77- 105 arasındadır (icmaların cəmi sayı 550- 746 arasındadır ).

Bizdə olan məlumata görə komitə bu pulları özü bildiyi kimi xərcləyir. Və eyni zamanda dini icmalardan biri də bu günədək xərclənən pullara görə KİV-də təşəkkür də bildirməyib. Onda ortaya sual çıxır…Bu pullar hara gedir?”

Tamara Hümbətova LEGİON-a dini komitə sədrinin müavini Siyavuş Heydərovun komitə tərəfindən pul ayrılmış islam yönümlü olmayan dini icmaların siyahısı olan məktubunu təqdim edib. Məsələ ilə bağlı teoloq Nəriman Qasımoğlu bildirdi ki istənilən donor təşkilat ayırdığı pulların hara xərcləndiyi ilə maraqlanır və yoxlayır:” Dini icmalara ayrılan pullar da qrantdır və dövlət bu vəsaitin hara xərclənməsini yoxlamalıdır”.

Biz dini icmalara ayrılan pulların hara xərcləndiyinə dini komitə tərəfindən necə nəzarət edildiyini aydınlaşdırmaq qərarına gəldik. Bu məqsədlə Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin mətbuat katibi Yaqut Əliyeva ilə əlaqə saxladıq. O təklif etdi ki, bizə yazılı formada müraciət ünvanlayın. Belə olan halda LEGİON dini icmalara ayrılan pulların hara xərcləndiyi barədə özü araşdırmaq qərarına gəldi.

Və biz Bakı və Azərbaycan Pus Pravoslav kilsə Yeparxiyasına müraciət etdik, hansıki, bu təşkilatın adı komitə sədrinin müavini Siyavuş Heydərovun yuxarıda qeyd etdiyimiz məktubunda var. Rus pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının nümayəndəsi Vera Əliyeva LEGİON-a bildirib ki mən belə bir informasiyanı verə bilmərəm. Məlum siyahıya daxil olan Krişna cəmiyyətinin meneceri də bildirdi ki dövlətin icmaya ayırdığı maliyyə vəsaitinə nəzarət edib-etməməsii barədə onda məlumat yoxdur:” Bəlkə də nəzarət edir”

Rəşad Rüstəmov

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR