Doğmalarına görə utanan məşhurlar- BİRİNİN BACISI FAHİŞƏ, DİGƏRİNİN QARDAŞI NARKOMAN, QIZ ALVERÇİSİDİR

Hər bir ailə, nəsil məşhur olan üzvləri ilə fəxr edir, onlarla qürur duyurlar. Təbii ki, paxıllıq edənlər də az deyil. Bəs məşhurlar özləri necə? Ailə üzvləri, qohumlarından razıdırlarmı? Bəziləri pul, iş istəməsinlər deyə onlardan qaçır, bəziləri isə həyatda özünü tapmayan, əyri yolda olan doğmalarına görə utanırlar.

Gununsesi.info “publika” ya istinadən həmin məşhurlardan bəzilərini diqqətinizə çatdırır:

Ebru Gündeş və atası

Türkiyənin tanınmış müğənnisi Ebru Gündəş atasından utanır. Uşaqkən onu və anasını incitdiyinə görə atasından üz çevirən Gündəş adamın 20 il köhnə dükanda səfil yaşamına göz yummuşdu. Ta ki, Ramzi Gündeş telekanallara kimliyini açıqlayana qədər. Bundan sonra müğənni atasına kömək etsə də, münasibətləri düzəlmədi.

Meray Keri və bacısı

Dünya şöhrətli amerikalı müğənni Meray Kerinin özündən böyük bacısı fahişəliklə məşğuldur. Müğənni onu bu yoldan çəkindirmək üçün dəfələrlə pulla təmin edib. Amma yenə də bacısı “sevimli” peşəsinə geri dönüb. Üstəlik Elison Keri QİÇS infeksiyası daşıyıcısıdır. Hələ narkotik maddələrdən asılılığı da var.

Leonardo Di Kaprio və qardaşı

Hollivud ulduzu Leonardo Di Kaprionun ögey qardaşı Adam Farrar oğurluğa görə tutulub. O, arvadı ilə birlikdə mağazalardan birindən min dollar oğurlayarkən yaxalanıb.

Verka Serdyuçka və ailəsi

“Avroviziya” mahnı müsabiqəsindən tanınan ukraynalı Verka Serdyuçka (Andrey Danilko) ailəsindən utanır. Daha doğrusu, təqaüdlə yaşayan kasıb ata-anasından. Amma heç kömək edib onları bu vəziyyətdən çıxarmaq istəmir. Güman ki, xəyallarında özünü kral ailəsində doğulmuş zənn edir.

Sergey Lazerev və qardaşı

Daha bir “Avroviziya”çı Sergey Lazerev qardaşı Pavel Lazerevin narkotik asılılığına görə utanırdı. Pavel həm də narkotik ticarətinə və qadına təcavüzə görə həbsdə olub. 2014-cü idə Pavel həbsdən çıxıb qardaşına düz yola qayıdacağına söz versə də, ömür vəfa etmədi. O, düşdüyü qəzada dünyasını dəyişdi.

Aleks Bolduin və qardaşı

Hollivud ulduzu Aleks Bolduinun qardaşı Daniel Bolduin də eyni səbəblərlə həbsə girib. Bundan başqa, Daniel avtomobil qaçırmaqda da ittiham olunur.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR