Dolların ucuzlaşması “qara bazar”ı vurdu

Aprelin ayının 12-də “qara bazar”da dolların alışı ucuzlaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, səhər saatlarında dolların alışı 1.63 manatdan 1.62 manata düşüb. ABŞ valyutasının satış məzənnəsi isə dəyişməyərək 1.64-1.65 manat olaraq qalıb.

Ötən günkü valyuta hərracından sonra dolların bir qədər də ucuzlaşması “qara bazar”da vəziyyəti çətinləşdirib. Belə ki, dollar dəyişmək üçün “qara bazar”a müraciət edənlər kəskin azalıb: “Dünəndən etibarən nə dollar, nə də manat alan var”.
Qeyd edəd ki, banklarda isə dolların alqı-satqısı 1.60-1.72 manat kursu ilə aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR