Dünya bu gecə BÖYÜK TƏHLÜKƏDƏN xilas oldu: Növbətisi 500 il sonra…

JO25 asteroidi bu gecə Yerə son 400 ildə ən minimal məsafədə yaxınlaşıb.

Astronomlar Yerə yaxınlaşması təhlükə yaradan digər göy cisimləri ilə bağlı məlumatları ümumiləşdirib.

Onların fikrincə, bu gün yaxınlaşan asteroiddən başqa yeri təhdid edən təhlükəli yaxınlaşma hələlik gözlənilmir. Belə bir təhükəli yaxınlaşma ən azı 500 il olmayacaq.

Hesablamalara görə, 2014 JO25 asteroidi bu gün gecə Yerdən 1 milyon 800 min km məsafədən keçib. Bu asteroid 3 il əvvəl kəşf edilib.

Diametri 650 metrdən 1 kilometrədəkdir. Sonuncu dəfə bu ölçüdə göy cismi yerin yaxınlığından 2004-cü ildə keçmişdi. Bu, Tautatis adlı nəhəng göy cismi idi. 10 il sonra Tautatisə bənzəyən başqa bir cismin Yerin yaxınlığında keçəcəyi gözlənilir. Ancaq bu yaxınlaşma 2014 JO25 asterodinin yaratdığı təhlükə qədər böyük olmayacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR