Dünyanın ən dəhşətli görücüsündən qandonduran Proqnozlar

Sarı toz yağışı yağacaq, ABŞ-ın paytaxtı raketlə yox ediləcək.
Bu fikirlər XIX-XX əsrlərdə yaşamış, öz öldüyü günü belə qabaqcadan dəqiq söyləyə biləcək gücdə olan medium Alois İrlmayerin XXI əsr haqda öngörmələrində yer alıb.
 moderator.az  bildirir ki, o, III Dünya müharibəsinin qaçılmaz olduğunu və Orta Şərqdən başlayacağını iddia edib: “Hər şey Orta Şərqdə başlayacaq. Əvvəlcə, qısa müddətli sülh bərqərar olacaq, lakin Orta Şərqdə başlanan savaş get-gedə alovlanacaq. Böyük hərbi güclər Aralıq dənizi istiqamətində bir araya gələcək. Sonrakı atəş nöqtəsi isə Balkan dövlətləri olacaq.
Çin Kanada və Alyaskanı eyni gündə işğal edəcək. Bu, çox da uzaqda deyil. Sarı toz yağışı yağacaq, ABŞ-ın paytaxtı raketlə yox ediləcək. Qərb Asiya dövlətləri tərəfindən işğal ediləcək.
III Dünya Müharibəsi mütləq gələcək. İlini görə bilmirəm. Amma milyonlarla insan bunu görəcək”.
Qeyd edək ki, bəşər tarixinin ən dəhşətli mediumlarından sayılan adi mədən fəhləsi Alois İrlmayer neçənci ildə, hansı gündə öləcəyini belə öncədən dəqiq deyib. Elə dediyi kimi də olub: 1959-cu ilin 17 avqustunda dünyasını dəyişib. Özü də ölməmişdən qabaq sevinə-sevinə bunu etiraf edib. Ona qədər isə öncəgörmə qabiliyyətinə görə çox əzablar çəkib. Şarlatan adlandırılaraq məhkəməyə verilib. Lakin məhkəmədə hakimin arvadını heç zaman görməyə-görməyə nə geydiyini, hansı gündə hara getdiyini deyərək, onu təsir altında salıb və azad edilib.
II Dünya Müharibəsində hansı ərazilərə bombaların atılacağını qabaqcadan təxmin edib. Lakin Alois hələ də nə zaman başlanacağı bilinməyən III Dünya müharibəsi ilə bağlı qorxulu proqnozlar səsləndirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR