Entoni Coşua Vitali Kliçkonu nokauta saldı – VİDEO

Ukrayna təmsilçisi Vitali Kliçko Beynəlxalq Boks Federasiyası (İBF) və Dünya Boks Asossiasiyası versiyaları üzrə superağır çəkidə dünya çempionu titullarını geri qaytara bilməyib.

Report-a istinadən xəbər verir ki, o, Londonun “Uembli” stadionunda keçirilən döyüşdə britaniyalı Entoni Coşuaya məğlub olub.

Belə ki, Vitali Kliçko 11-ci raundda rəqibinə texniki nokautla yenilib. Qeyd edək ki, Kliçkonun 41, rəqibi Coşuanın isə 27 yaşı var.

27 yaşlı Coşua bununla IBF versiyası üzrə çempionluq tituluna 3-cü dəfə yiyələnib. O, professional rinqdə 19 qələbə ilə məğlubiyyət tanımır. Coşua bu qalibiyyətlərin hamısını nokautla əldə edib.

Kliçko isə 64 dəfə qələbə qazanıb. O, qələbələrindən 53-nü nokautla başa çatdırıb.

Gərgin keçən qarşılaşmanı 90 minə yaxın boks həvəskarı izləyib. Bu, stadionun kassa rekordudur.

Xatırladaq ki, stadionda bundan əvvəlki rekord 2014-cü ildə, britaniyalı Karl Froçe ilə Corc Qrouvzun döyüşündə qeydə alınıb – 77 min tamaşaçı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR