Flora Kərimova efirdə tanınmış bəstəkarı ağlatdı – VİDEO

“Kədərli vaxtlarımda təsadüfən zəng edib, işlərim yoluna düşüb”

ARB TV-nin “Gəlin danışaq” verilişinin növbəti qonağı tanınmış bəstəkar Sevinc Tofiqqızı olub.
Verilişdə xalq artisti Flora Kərimova bəstəkar haqqında öz fikirlərini bölüşüb:

“Yaş fərqimizə baxmayaraq, mənim Sevinc xanım kimi üzü dönməz bütöv dostum var. Mən qadınlarımıza Sevinc xanımın analıq xoşbəxtliyini arzu edirəm”.
Flora Kərimovanın bu sözləri qarşısında Sevinc Tofiqqızı duyğulu anlar yaşayıb, bəstəkarın gözləri dolub:

“Flora xanım başqa bir xanımdır. Elə kədərli vaxtlarımda təsadüfən zəng edib, həmin işim düzəlib. Mən ona həmişə deyirəm ki, siz mənim mələyimsiniz. Elə bil ki, o xanım hiss edir. Kədərli anımda bir də görürdüm ki, Flora xanım zəng çaldı. Deyirəm ki, Flora xanım, nə yaxşı siz zəng elədiniz. Flora xanım mənə zəng edəndə həmin gün işlərim yoluna düşür”.


Əməkdar artist Manana da bəstəkar haqda xoş sözlər deyib:

“Sevinc xanımı uzun müddətdir tanımıram, amma bu bir neçə il ərzində mən onun şəxsiyyətinə və sənətinə vurulmuşam. Çox səmimi, gözəl və ürəyiaçıq xanımdır. Çox xoşbəxtəm ki, Sevinc xanımın bəstələdiyi mahnılardan birini ifa edirəm. Sevinc xanıma can sağlığı, uzun ömür arzulayıram”.


Manananın bu sözləri bəstəkarı göz yaşlarına boğub:

“Bilirsiniz, mən bunların hamısını xalqım üçün yaradıram. Mənim uğurum hamımızın uğurudur, mükafatım hamımızın mükafatıdır. Siz məni istəməsəydiniz, mənə dəyər verməsəydiniz, mən bu yerə gəlib çıxa bilərdimmi?! Mənim ən böyük mükafatım vətənimdir, xalqımdır. Hər ikisini də çox sevirəm. Nə yaradıramsa ürəklə, vətənim üçün, xalqım üçün yaradıram. İnsanların sevgisini qazanmaq lazımdır. Həyat enişli-yoxuşludur. Çətin günlərim də olub, ağır da, sevincli də”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR