Fransa: “Rusiya daxili işlərimizə qarışmasın”

Marin Le Penin Moskvaya səfər edib Vladimir Putinlə görüşməsi Rusiyanın Fransanın daxili işlərinə qarışması deməkdir.

Axar.az xəbər verir ki, bunu NATO ölkələri xarici işlər nazirlərinin Brüssel görüşündə çıxışı zamanı Fransa Xarici İşlər naziri Jan-Mark Eyro söyləyib. O, Fransanın daxili işlərinə müdaxilənin qəbuledilməz olduğunu bildirib.

Qeyd edək ki, ultrasağçıların lideri Marin Le Pen martın 24-də Moskvaya səfər edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR