Fransada prezident seçkiləri: Marin Le Penin qələbə şansları artır

Fransa prezidenti postuna “Milli cəbhə” partiyasının namizədi Marin Le Penin seçkilərin ikinci turunda qalib gəlmək şansları artır. Buna IFOP и Fiducial kompaniyalarını keçirdiyi rəy sorğusunun aprelin 26-da açıqlanan nəticələri dəlalət edir.

Xezerxeber.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, sorğunun nəticələrinə əsasən, dəstəyi 0.5 bənd artan Le Penə hazırda seçicilərin 39,5 faizi səs verməyə hazırdır. Bununla belə, bu göstərici seçkilərdə qələbə qazanmaq üçün yetərli deyil. Belə ki, onun rəqibini – “İrəli” hərəkatının namizədi Emmanuel Makronu seçicilərin 60,5 faizi dəstəkləyir.

Xatırladaq ki, ötən bazar günü Fransada prezident seçkilərinin birinci turu keçirilib. Daxili İşlər Nazirliyinin yekun məlumatına görə, Makron 24,01 faiz, Le Pen isə 21,3 faiz səs toplayaraq ikinci tura adlayıblar.

Fransanın yeni prezidentinin adı mayın 7-də, səsvermənin ikinci turundan sonra məlum olacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR