Fuad Ələsgərov kimdir? – Bütün məqamlar

ANV hər həftənin çərşənbə axşamı oxucuların görüşünə gələn “Məmur portreti” adlı rubrikanı davam etdirir.

Rubrika vasitəsilə oxucular dövlət rəhbərliyində təmsil olunan, ölkənin müxtəlif sahələrinə rəhbərlik və nəzarəti həyata keçirən məmurların keçdiyi həyat yolu, ictimai mövqeyi, gördüyü işlərlə tanış olurlar.

“Məmur portreti”inin növbəti qonağı Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovdur.

Fuad Ələsgərov kimdir?

23 ilə yaxındır Prezident Adminsrasiyasında yüksək vəzifə daşıyan Fuad Ələsgərov 14 may 1959-cu ildə Bakı şəhərində anadan olub.

Buğa bürcünün tipik nümayəndəsi olan F.Ələsgərov bu bürcün əsas xüsusiyyətlərini özündə birləşdirir:

“Buğalar” səbrli, peşəkar, məsuliyyətli olurlar. Sədaqət anlayışı onlar üçün hər şeydən vacibdir. Harada olurlarsa, konkret işi və fəaliyyəti ilə fərqlənirlər”.

Gələcəyin məmuru orta təhsilini Bakıdakı 20 saylı orta məktəbdə alır. 1981-ci ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirir.

Əmək fəaliyyətinə Ədliyyə Nazirliyinin Notariat və VVAQ İdarəsində məsləhətçi kimi başlayan F.Ələsgərov daha sonra Ədliyyə Nazirliyinin Məhkəmə orqanları idarəsində çalışır.

Ədalətli hakim, peşəkar hüquqşünas…

Fuad Ələsgərovun indiyə qədərki fəaliyyəti heç zaman öz sahəsi ilə ziddiyyət təşikl etməyib. Hazırda rəhbər vəzifə daşıdığı sahə ölkədə hüquq sisteminin inkişafına nail olmaq və nəzarətdən keçir.

1984-1987-ci illərdə Ədliyyə Nazirliyinin Nəzarət və icranın yoxlanılması idarəsində baş məsləhətçi işləyən F.Ələsgərov az keçmir ki, hakim kimi fəaliyyət göstərməyə başlayır. Düz yeddi il müxtəlif məhkəmələrdə hakim olaraq çalışır.

1987-1990-cı illərdə Suraxanı Rayon Xalq Məhkəməsində Xalq hakimi, 1990-1994-cü illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü olur. Onun hakimilik fəaliyyətinə yaxından bələd olan şəxslər deyir ki, Fuad Ələsgərov hakim kimi heç zaman ədalətsiz olmayıb, həmişə haqlının yanında olub və yalnız bir amala qulluq edib: “Məhkəməsi azad olmayan cəmiyyətin gələcəyi ola bilməz”.

İdarəçiliyə yanaşmada peşəkar baxış…

1994-cü ildə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə mühüm dövlət vəzifəsinə irəli çəkilən Fuad Ələsgərovun haqqında indiyə qədər nə mətbuatda, nə də ictimai müzakirələrdə mənfi məqamlar qabardılmayıb. Yalnız onun gördüyü müsbət işlərdən, həyata keçirdiyi uğurlu layihələrdən bəhs olunub. Yəqin onun uzun müddətdir eyni vəzifədə çalışması da məhz bu amillə bağlıdır.

1994-1998-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Dövlət-hüquq şöbəsinin müdiri vəzifələrində çalışan F.Ələsgərov 1998-ci ildən Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsini tutur.

Xatırladaq ki, Fuad Ələsgərov tanınmış azərbaycanlı alim, dövlət idarəçiliyində böyük təcrübəyə malik, Ulu Öndər Heydər Əliyevin ən sadiq silahdaşlarından olan, mərhum professor Murtuz Ələsgərovun oğludur.

Azər Niftiyev, ANV

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR