Güclü şirkət, zəif Əmək Müfəttişliyi

 Ötən il 7 sentyabrda Kavkaznews.az saytında “”Mətanət A” şirkəti mənim evimi banka girov qoyub” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə “Mətanət A” şirkətinin satış üzrə keçmiş meneceri Fəxri İsmayılovun dediklərinə əsaslanırdı: “ Mən şirkətin mallarını müxtəlif marketlərə satırdım. Rəsmi əmək haqqından əlavə olaraq satdığım malın dəyərinin 3 faizi mənə verilirdi. Məni şirkətə işə qəbul edəndə məndən soruşdular ki, sənin hansısa əmlakın varmı. Mən isə evim və avtomobilim olduğunu söylədim. Şirkətin rəhbərliyi mənə dedi ki, sənin əmlakın bankda girov olacaq. Və sənə dəyəri 36 min manatdan yuxarı mal veriləcək. Satışdan gələn gəlirin 3 faizi sənə çatacaq. Satış zamanı hər hansı çatışmazlıq olarsa, sənin evin satılacaq və şirkətin zərəri ödənəcək. Mən özümə güvəndiyim üçün evimin banka girov qoyulmasına razılıq verdim. Və mənim evim “Dəmirbank” ASC-yə ( hazırda “Azərdəmiryolbank”) girov qoyuldu. Girovun məbləği 20 min manat oldu. Mənim mal satışından gələn gəlirimin 10 faizi mənim şirkətdəki depozitimə yönəldi, 3 faiz isə bankın faizlərinə ödəndi”.

İsmayılov qeyd edir ki, 2010-cu ildə şirkətin rəhbərliyi mənə bildirdi ki, mənzilin “Dəmirbank”a qanunsuz girov qoyulub: “ Mənə işimdə çatışmazlıq olmadığı qeyd olunan məktub verildi və bankdan xahiş olundu ki, mənim evim girovluqdan çıxarılsın. Mən həmin məktubu banka təqdim etdim və evim girovluqdan çıxarıldı”. (Kavkaznews.az )

Fəxri İsmayılov LEGİON-bildirib ki, 10 gün əvvəl “Mətanət A” şirkətinin onun hüquqlarını pozması ilə bağlı Azərbaycan Həmkarlar Konfederasiyasına və Əmək Müfəttişliyi Dövlət Xidmətinə şikayət etmişəm: “ Ancaq bugünədək heç bir cavab yoxdur”. Biz hər iki qurumun Fəxri İsmayılovun şikayətinə nə üçün cavab vermədiyini aydınlaşdırmaq qərarına gəldik. Həmkarlar Konfederasiyasının əməyin mühafizəsi şöbəsinin rəisi Vladimir Arqutkin LEGİON-a bildirdi ki, Fəxri İsmayılovun məktubu ona verilməyib: “ Əgər məktubdakı faktların araşdırılması tələb olunmursa, 7 gün müddətində cavab verilməlidir”.

Şöbə rəisi bizə məsləhət gördü ki, ümumi şöbəyə müraciət edək. Ümumi şöbənin əməkdaşı Elza ( soyadını demədi ) Fəxri İsmayılovun məktubunun ümumi şöbəyə daxil olduğunu təsdiq etdi. Biz nə üçün məktuba cavab verilmədiyini soruşanda ümumi şöbənin əməkdaşı cavab verdi ki, bunun sizə nə dəxli var..? Biz Əmək Müfəttişliyi ilə də əlaqə saxladıq. Əmək Müfəttişliyinin rəis müavini İlqar Həsənov LEGİON-a bildirdi ki, bizə daxil olan bütün ərizələri araşdırırıq: “ Sahibkarlıq sahəsində bütün yoxlamalar dayandırılıb. Bu gün Əmək Müfəttişliyi ancaq şirkətlərə müraciət edə bilər. Əgər şirkət bizə cavab verirsə, biz həmin cavabı şikayətçiyə göndəririk”. Müxbirimizin “ Şirkət sizin müraciətinizə cavab verməyə bilərmi?” sualına rəis müavini “Əlbəttə. Çünki bütün yoxlamalar qadağan edilib” cavabını verdi. Müxbirimizin “ Bəs onda sizin gücsüz, heç bir səlahiyyəti olmayan qurum nəyə lazımdır” sualına İlqar Həsənovun cavabı belə oldu: “ Mən düşünmürəm ki, “Mətanət A” şirkəti cavab verməyəcək. Əminəm ki, yaxın zamanda biz Fəxri İsmayılovun şikayətinə baxıb mütləq ona cavab verəcəyik”.

Ç.Rüstəmoğlu

LEGİON

Mövzu ilə bağlı linklər:

“Mətanət A”nın nümayəndəsi şirkətin gəlirlərinin gizlədilməsi ilə bağlı mətbuata açıqlama verməkdən imtina edir
“Mətanət A” şirkətinin “qara mühasibatlıq” sənədləri məhkəməyə təqdim olundu-FOTOSƏNƏD

“Mətanət A”nın daha bir sabiq əməkdaşı depozit olduğunu təsdiqlədi – FOTOFAKT

“Mətanət A” şirkəti jurnalistdən və sabiq işçisindən 2 milyon manat tələb edir – ABSURD

“Mətanət A” şirkəti Qafqaz Xəbər Agentliyindən nə istəyir?

“Mətanət A” şirkəti işçilərlə “girov” müqaviləsi də bağlayır?

Hüquqşünas “Mətanət A”nın işçisinə məhkəməyə müraciət etməyi təklif edir

“Mətanət A” şirkətinin ciddiyyət problemi-FOTOSƏNƏD

““Mətanət A”nın keçmiş əməkdaşı öz depozitinin qaytarılmasını tələb edir”

““Mətanət A” mənim mənzilimi banka girov qoydu”

Mətanət A”nın “saxta” dediyi sənəd həqiqi çıxdı?-ARAŞDIRMA
“Mətanət A” şirkəti ilə bağlı dəlil-sübutlar –Fotofakt


 

 

 

 

Page1 (2)Page1 (4)

Page1

Page1 (3)

Page1 (5)

1 (8)

1
1 (2) 1 (3) 1 (4) 1 (5) 1 (6)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR