Gürcüstanda aksiya: Şəxsiyyət vəsiqəsini ödənişsiz almaq olar

Seçici siyahılarının dəqiqləşdirilməsi üçün Gürcüstanın Ədliyyə Nazirliyi növbəti aksiyaya başlayır və şəxsiyyət vəsiqəsini ödənişsiz verəcək.

Xeber.ge “Novosti-Qruziya” saytına istinadla xəbər verir ki, aksiya aprelin 10-dan 29-na qədər davam edəcək.

Yeni şəxsiyyət vəsiqəsini Gürcüstanın 18 yaşı tamam olmuş və yeni elektron şəxsiyyyət vəsiqəsi olmayan və ya bu sənədi ilk dəfə almalı olan bütün vətəndaşları ala bilərlər.

Aksiya çərçivəsində vətəndaşlar həmçinin sənəd üçün ödənişsiz fotoşəkil də çəkdirə bilərlər.

Yeni ödənişsiz şəxsiyyət vəsiqələrinin alınması üçün vətəndaşlar ədliyyə evlərinə, həmçinin dövlət xidmətlərinin inkişafı agentliyinin ərazi üzrə idarələrinə və ya ictimai mərkəzlərə müraciət edə bilərlər.

Aksiyanın məqsədi dəqiq seçici siyahılarının formalaşdırılmasıdır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR