Hacıqabul RİH Ekologiya nazirliyini günahlandırır -FOTO

Hacıqabul yolunda ov tüfəngindən açılan atəş “Mercedes” markalı mikroavtobusun alın şüşəsinə dəyib. İnsident nəticəsində sürücü və sərnişinlər xəsarət almasa da, avtomobilə ziyan dəyib. Bərdə rayonundan olan sürücü İman Seyidovun iddiasına görə, atəşi açanlar Hacıqabulda çöl quşu ovlayan ərəblər olub. Hadisə o, şəxsi avtomobili ilə Bakıya gedən zaman baş verib. Sürücü ona təqribən 1000 manat dəyərində ziyan dəydiyini bildirir. (Report).

Ovçular cəmiyyətinin sədr müavini Tahir Rəsulov LEGİON-a bildirib ki, ov etmək üçün lisenziyanı Ekologiya və Təbii Sərvətlər nazirliyi verir: “ Nazirliyin əməkdaşları həm də ov prosesinə nəzarət edirlər”. Milli ekoloji proqnozlaşdırma mərkəzinin rəhbəri Telman Zeynalov da təsdiq etdi ki, ov etməyə ancaq Ekologiya və Təbii Sərvətlər Nazirliyi icazə verə bilər: “ Hacəqabul RİH-nin informasiya təminatı şöbəsinin müdiri Rəşad Abbasov Report-un yaydığı informasiyanı inkar etdi: “ Polis əməkdaşları təhqiqat aparıblar və məlum olub ki, avtomobildə güllə izi omayıb”.

Şöbə müdiri onu da qeyd etdi ki, ov ərazisi yoldan 10 kilometr aralıdır: “ Ovçular xüsusi evlərdə yaşayır və həmin ərazidə ov edirlər. Ovçuluğun təşkili məsələsi ilə Bakıdakı xüsusi şirkətlər məşğul olur ki, onlara da icazəni Ekologiya və Təbii Sərvətlər Nazirliyi verir”. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təbliğat şöbəsinin əməkdaşı Şövkət Bəkirov isə LEGİON-a bildirib ki, nazirlik ancaq ovçuluğu təşkli edən şirkətlərə lisenziya verir.

Müxbirimizin “ Əgər siz lisenziya verirsinizsə, deməli qaydalara və nadir quşların və heyvanların ovlanmamasına da nəzarət edirsiniz?” sualına Şövkət Bəkirov belə cavab verib: “ Biz təbiətlə bağlı məsələyə nəzarət edirik”. Müxbirmizin “Biz təbiətlə bağlı deyil ,nadir heyvanların ovlanması ilə bağlı soruşduq” fikrinə nazirliyin əməkdaşının münasibəti belə olub: “Əlbəttə nazirliyin qurumları ovçuların fəaliyyətinə də nəzarət edir”. Müxbirimiz yenidən maraqlanıb ki, ovçular adamların və avtomobillərin hərəkət etdiyi əraziyə yaxın yerdə ovçulqu edə bilərmi? Şövkət Bəkirov bildirib ki, ov mövsümü başa çatıb, hazırda ov qadağandır. Yeri gəlmişkən, Hacıqabul RİH-nin şöbə müdiri Rəşad Abbasov bildirb ki, ovçuluq davam edir.

Rəşad Rüstəmov

LEGION

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR