“Halliburton” bu ilin ilk rübündə 32 milyon dollar zərər edib

Dünyanın ikinci ən böyük neft sahələrinə xidmət şirkəti olan “Halliburton” bu ilin birinci rübündə 32 milyon dollar zərər etdiyini açıqlayıb.

Şirkətin 2016-cı ilin birinci rübündəki zərəri isə 2,41 milyard dollar olmuşdu.

2016-cı ilin ilk rübündə 4,2 milyard dollar xalis gəlir əldə edən “Halliburton”un bu ilin eyni dövründəki qazancı isə 1,8 faiz artaraq 4,28 milyard dollar olub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR