Hindistanda “öküz oyunları”: 2 ölü, 80 yaralı

Hindistanda öküzlərin ram edilməsi oyunlarında iki nəfər ölüb.

Trend-in məlumatına görə, Tamilnad ştatında keçirilən “Callikattu” adlanan ənənəvi oyunlar zamanı daha 80 nəfər xəsarət alıb.

Ölənlərin hər ikisinin tamaşaçı olduğu bildirilir. Onlardan biri öküzün zərbəsindən, digəri isə heyvan ona tərəf qaçarkən ürək tutmasından ölüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR