Hövsan qəsəbəsində 70 ailə təhlükədə: Beşmərtəbəli bina çökür – VİDEOREPORTAJ, FOTOLAR

Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi 34 saylı yataqxana qəzalı vəziyyətdədir. Sakinlərin dediyinə görə, 1960-cı illərdə inşa edilən bina uçmaq təhlükəsi altındadır. Artıq binanın birinci mərtəbəsindəki pilləkənlər uçub-dağılıb. Sakinlər evlərinə getməyə çətinlik çəkirlər.

Musavat.com-un müxbiri qəzalı binanın sakinləri ilə görüşüb. İki gündür ardıcıl olaraq etiraz aksiyası keçirən sakinlər problemlərini danışıblar.

Sakinlərin dediyinə görə, valideynlər hər gün səhər saatlarında məktəbli uşaqları dəmir lövhələrin üzərindən keçirirlər.Yaşlılar isə bəzən günlərlə evdən bayıra çıxa bilmirlər. Fövqəladə Hallar Nazirliyi binanın qəzalı olması ilə bağlı qərar çıxarsa da, buradakı ailələr köçürülməyib. Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, onların problemləri həll edilməyib.

Daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR