Hüquqşünas və Mətbuat Şurasının İdarə Heyətinin üzvü “reket jurnalistlər”ə qarşı cəzaların sərtləşdirilməsi leyhinə çıxış edirlər

Qüvvədə olan Cinayət məcəlləsinə əsasən jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.

Milli Məclisə cərimə məbləğini 500 manatdan 1000 manatadək artırmağı nəzərdə tutan qanun layihəsi təqdim olunub. (qafqaznews.az)

Bu gün hüquq-mühafizə orqanları, necə deyərlər,  “reket jurnalistika” ilə fəal mübarizə aparır.

Qeyd etmək istəyirik ki, bu mübarizəyə Mətbuat Şurasının “reket jurnalistika”ya son qoymaq üzrə aktiv fəaliyyəti öncülük edir.

Mətbuat Şurası ictimai qınaq yolu ilə onları qanuna riayət etməyə məcbur etmək üçün uğursuz cəhdlər edərək bu reketlərin “qara siyahısını” dərc edirdi.

Jurnalistlərə öz peşə vəzifələrini həyata keçirmələri zamanı maneələrin yaradılmasına görə cərimələrin məbləğinin artırılması “reket jurnalistika”nın həyasızlığına və vətəndaşların yüksək cərimələrdən ehtiyat edərək, reket jurnalistlərə müqavimət göstərməyəcəyinə gətirib çıxarmayacaq ki?

Eyni zamanda jurnalistikadan öz məqsədlərinə görə istifadəyə görə cəzanın sərtləşdirilməyinə ehtiyac varmı?

“Mən jurnalistlərə öz peşə vəzifələrini həyata keçirmələri zamanı maneələrin yaradılmasına görə cəzaların sərtləşdirilməsini tam dəstəkləyirəm. Mən həm də jurnalistikadan öz məqsədlərinə görə istifadə edənlərə qarşı cəzaların sərtləşdirilməsini də tam dəstəkləyirəm”,-deyə hüquq müdafiəçisi Murad Sadəddinov LEGION-a bildirib.

“Amma son vaxtlar hüquq-mühafizə orqanları reket jurnalistika ilə mübarizəni gücləndiriliblər”, – deyə jurnalistimiz xatırladıb.

“Bəli, belədir. Amma mən çox istərdim ki, bu iki prosess, paralel şəkildə irəliləsin”,- deyə Murad Sadəddinov bildirdi.

“Jurnalistlərə öz peşə vəzifələrini həyata keçirmələri zamanı maneələrin yaradılmasına görə cəzanın sərtləşdirilməsinin reket jurnalistlər tərəfindən istifadə edilməsində təhlükə görmürəm”, – Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət LEGION-a bildirib.

“Niyə?”, – jurnalistimiz soruşdu. Ona görə ki, reketlər qanunlarla qətiyyən maraqlanmırlar. Onlar qanundan və  həmçinin, polis, məhkəmə və digər dövlət qurumlarından da uzaqda olmağa çalışırlar”, – Mətbuat Şurasının İdarə Heyətinin üzvü hesab edir.

“Sizcə reket jurnalistika ilə məşğul olmağa görə cəzanın sərtləşdirilməsinə ehtiyac var?”, – LEGION agentliyinin jurnalisti maraqlanıb.

“Biz Mətbuat Şurasında bu məsələni artıq müzakirə etmişik. Mətbuat Şurası bu məsələ ilə bağlı dövlət qurumlarına dəfələrlə müraciət edib. Mən özüm də öz şifahi çıxışlarımda reket jurnalistika ilə məşğul olmağa görə cəzanın sərtləşdirilməsinin zərurəti barədə bəyan etmişəm.

Amma təəssüf ki, çox uzun müddət mətbuat Şurasının müraciətlərinə məhəl qoymurdular”, – deyə Mətbuat Şurasının idarə heyətinin üzvü bildirib.

Jurnalist qeyd edib ki, son zamanlar Milli Təhlükəsizlik Nazirliyinin bəzi əməkdaşları reketlərə “krışalıq” edirdilər.

“Bəli, mən də hesab edirəm ki, dövlət reket jurnalistika ilə mübarizəni gücləndirməlidir”,- deyə Azər Həsrət bildirib.

R.Həsənoğlu

LEGION

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR