İcra başçısı tərəfindən “vurulan” jurnalist DANIŞDI: “Kamera üzümə şillə kimi dəydi” – VİDEO

Dünən paytaxtın “Sovetski” kimi tanınan ərazisində Hacı Cavad məscidinin söükülməsi ilə bağlı sakinlərin etirazları ilə yanaşı Yasamal rayonu icra başçısı İbrahim Mehdiyevin  jurnalist xanıma etdiyi sərt hərəkətlə yadda qaldı

Belə ki, məscidin söküntüsü zamanı sakinlərin etirazının böyüdüyünü görə icra başçısı məscidin bir neçə nümayəndəsi ilə birlikdə danışıqlar aparmaq üçün ərazidə uzaqlaşmağa başladılar. Bu zaman icra başçısından məsələ ilə bağlı rəsmi münasibət öyrənmək üçün jurnalistlər onun arxasınca hərəkət ediblər. Kamerası ilə müsahibə almağa çalışan müstəqil jurnalist Fərqanə Novruzova icra başçısına sual vermək istəsə də İbrahim Mehdiyev jurnalistin kamerasına əl atıb.

Hadisə zamanı baş verənləri aşağıdakı video materialda izləyə bilərsiniz:

Baş verən məsələ ilə bağlı A24.Az-a danışan xanım jurnalist hadisədən sonra mətbuata açıqlama  verən icra başçının dediklərini yalan adlandırıb:

“Yalan deyir, orda tək deyildim, başqa jurnalistlər də var idi. Sadəcə olaraq onun daha da yaxınlığında idim. Bütün jurnalistlər hamımız icra başçısının arxasınca gedirdik ki, məsələ ilə bağlı açıqlama ver. Yanında bir neçə adam ərazidən aşağı doğru düşürdülər”.

Jurnalist həmçinin hadisənin necə baş verdiyini açıqladı:

Aşağı doğru gedən də onun sağ tərəfində idim. Jurnalistlərinin bir ikisi qabaqda, biri sağda, digəri də sol da, biri də arxada idi Mən həmin vaxt sual verdim ki, bu məsələ ilə bağlı niyə cavab vermirsiz? Rəsmi şəxs sizsiniz cavab verməlisiz. Əsəbi halda qaytdı ki, “Əəə, get də burdan vermirəm” əli ilə da kameranın obyektivini necə itələdisə, kamera sağ yanağıma şillə kimi dəydi. İcra başçısının bu hərəkətindən sonra donub yerimdə qaldım ki, bəs bu nə hərəkət idi”.

“Məsələ ilə bağlı prokurorluğa da, məhkəməyə də müraciət edəcəm. Vəkil vasitəsilə bu biz şikayəti edəcəyik. İcra başçısının etdiyi o hərəkət cəzasız qalmamalıdır. Onun sonradan mətbuata verdiyi açıqlamalara və mənə etdiyinə hərəkətə görə şikayətçi olacam”, – deyə müstəqil jurnalist əlavə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR