İlk qəbul imtahanlarının keçiriləcəyi vaxt məlum oldu

Dövlət İmtahan Mərkəzindən (DİM) “Ölkə.Az”a verilən məlumata görə, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək.

Bu imtahanlarda “Abituriyentin elektron ərizəsi” formasını təsdiq edən və orada yazda keçiriləcək imtahanda iştirak etmək istədiyini qeyd edən abituriyentlər iştirak edə bilərlər. Abituriyentlər imtahanların keçirilməsinə 5 gün qalmış DİM-in rəsmi saytından “Abituriyentin imtahana buraxılış vərəqəsi”ni çap edə biləcəklər. Burada imtahanının keçiriləcəyi yer, saat və digər zəruri məlumatlar əksini tapacaq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR