İnhisarçılığın mövcudluğu İqtisadiyyat Nazirliyinin yadına indi düşüb

 İqtisadiyyat Nazirliyi bəyan edib ki, nazirliyin nəzdindəki Antiinhisar siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiəsi Dövlət Xidməti istehlak bazarında süni qiymət artımı ilə bağlı ciddi tədbirlər görür: “ 2017-ci ilin 1-ci rübünün yekunlarına həsr olunmuş Nazirlər Kabinetində keçirilən müşavirədə ölkə başçısının göstərişlərini nəzərə alaraq nazirlik istehlak bazarına nəzarəti gücləndirib və monitorinqləri intensivləşdirib”. (strateq.az).

Məsələ ilə bağlı Azərbaycan İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov LEGİON-a bildirib ki, 16 sentyar 2016-cı ildə dövlət başçısı bəyan etdi ki, ölkədə kartel sövdəlşməsi və inhisarçılıq mövcuddur: “ Deyəsən Antinihisar siyasəti və İstehlakçıların Hüquqlanının Müdafiəsi Dövlət Xidməti bu gün ayılıb və inhisarçılığı yada salır”.

Hüseynov onu da qeyd elədi ki, dövlət xidməti bu günədək hansısa kartel sövdələşməsini aradan qaldırdığı və qiymətlərin aşağı düşdüyü barədə məlumat verməyib: “ Əksinə ölkəmizdə qiymətlər durmadan artır. Kənd təsərrüfatı və İqtisadiyyat nazirlikləri saxta yarmarkalar təşkil edir və fermerləri məhsulları dəyərindən aşağı satmağa məcbur edirlər. Icra hakimyyəti orqanları fermerləri öz məhsullarını ucuz satmağa məcbur edirlər”.

Hüseynov onu da bildirdi ki, kartel sövdələşmələri ifşa olunmalı və inhisarçılıq aradan qaldırılmalıdır: “ Çox təəssüf ki, İqtisadiyyat Nazirliyi bu istiqamətdə ciddi iş aparmır”.

R.Həsənoğlu

LEGİON

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR