İnsan orqanı alverçiləri tutuldu

Ukraynanın Təhlükəsizlik xidməti Kiyevdə insan orqanları alverində ixtisaslaşmış qruplaşma işturakçlarını saxlayıb.

Yayıminfo.com  xarici mediaya istinadən bildirir ki, Ukraynadan və bir neçə digər ölkədən olan cinayətkarlar az təminatlı vətəndaşları axtararaq onlara böyrəklərini satmağı təklif ediblər.

Qanunsuz biznesi gizlətməkdən ötrü kommersiyastrukturu yaradaraq müalicə turizmi xidməti də təklif ediblər. Cinayətkarlar donorlara 15 min dollara qədər ödəyiblər. Özləri isə bir müştəridən 80-100 min dollar alıblar.

Donorların razılığını alandan sonra cinayətkarlar onları əməliyyat üçün xaricə yollayıblar. Hər ay belə əməliyyatlar üçün 4-5 Ukrayna vətəndaşının göndərildiyi məlum olub.

Nəticədə qruplaşmanın 6 üzvü saxlanılıb. Onların hər biri 8 ildən 15 ilə qədər azadlıqdan məhrum oluna bilərlər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR