İqtisadçı nazirin dediklərini inkar edir

Türkiyədə səfərdə olan Azərbaycanın energetika naziri Natiq Əliyev bu ilin 6 aprelində bəyan edib ki, Azərbaycan neft hasilatının azaldılması ilə bağlı OPEK qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirib: “ Razılaşmaya uyğun olaraq biz yanvar-mart aylarında biz gündəlik neft hasilatını 35 ton barel azaltmışıq”.

Nazirin sözlərinə görə, neftin qiymətinin 50-60 dollar arasında olması Azərbaycanı qane edir:”Mən bu gün də dedim ki, bu gün vəziyyət yaxşıdır. Azərbaycan üçün vacibdir ki, dünya bazarında neftin qiyməti 50-60 dollar arasında formalaşsın. Əgər neftin qiyməti bundan aşağı düşərsə, Azərbaycan üçün sərfəli deyil. Məlumdur ki, OPEK-ə üzv olan və quruma daxil olmayan ölkələrin nazirlərindən ibarət monitorinq komitəsi yaradılıb.

Komitə ölkələrin öhdəlikləri yerinə yetirməsinə və qlobal bazara nəzarət edəcək. 19 mayda OPEK üzvü olan və quruma daxil olmayan ölkələrin növbəti iclası olacaq. Mən ad çəkmək istəmirəm, ancaq elə ölkələr var ki, neft hasilatını artırır. Biz çalışırıq ki, belə hal olmasın. Çünki belə hallar neftin qiymətinə təsir edir. Biz neftin qiymətinin stabilləşməsində maraqlı olmalıyıq nəinki bahalaşmasında”. Nazir onu da qeyd edib ki neftin bahalaşması neft hasil edən ölkələrin büdcəsinə və milli valyutanın möhkəmlənməsinə müsbət təsir edir. ( APA )

“Manat necə möhkəmlənir ki, mağazalarda qiymət düşmür” sualı ilə Neft Araşdırmaları Mərkəzinin rəhbəri  İlham Şabana müraciət etdik. Mərkəz rəhbərinin sözlərinə görə, artıq 8 aydır ki, neftdən daxil olan dolların həcmi artır: “ Manatın dollara olan kursu isə 1 manat 75 qəpikdir. Manat necə möhkəmlənir ?”.

Rəşad Həsənoğlu

LEGION

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR