İŞİD başqa qruplaşmalarla birləşir – YENİ TƏHLÜKƏ

İŞİD digər terror qruplaşmaları ilə birləşmək haqqında danışıqlar aparır.
Xezerxeber.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Beynəlxalq təhlükəsizlik üzrə VI Moskva konfransında çıxışında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.
“İŞİD-in başqa terror qruplaşmaları ilə mümkün birləşməsi üçün danışıqlar apardığı barədə məlumatlar yayılır”, – o deyib.
Bortnikov qeyd edib ki, qruplaşmalar cinayətkar fəaliyyətin davam etdirilməsi üçün kifayət qədər resurslara malikdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR