İstefa və həbsə aparan səbəb: Ziya Məmmədovun SEPAH-la gizli əlaqələri: ŞOK TƏLƏB

ABŞ prezidenti də bu əlaqələrə görə istefaya göndərilə bilər.

Bir qrup  amerikalı senator prezident Donald Trampın şirkətinin Azərbaycanda korrupsiya pozuntusunda şübhəli bilinən  və  İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə bağlılığı olan fəaliyyətinin  araşdırılması üçün  Birləşmiş Ştatların Baş Prokurorluğuna, Maliyyə Nazirliyinə və Federal Təhqiqatlar Bürosuna müraciət edib.  Bu barədə ABŞ-ın “New Yorker” jurnalı açıqlama yayıb.

Qafqaznews.az Cebhe.info-ya istinadən xəbər verir ki, məktub müəllifləri kimi senator Şerrod  Braun, Dayen Faynstayn və Ben Kardinin adları çəkilir. Onlar “Trump Organization” otellərinin inşası ilə bağlı jurnalın mart ayının ortalarında dərc etdiyi materialların araşdırılmasını tələb edir.

Məqalədə həmçinin qeyd edilir ki, Donald Trampın ortağı kimi nəqliyyat naziri nazirinin yaxın qohumları Anar Məmmədov və Elton Məmmədov iştirak ediblər. (Söhbət sabiq nazir Ziya Məmmədovun  oğlu Anar Məmmədovdan və qardaşı, sabiq deputat Elton Məmmədovdan gedir- müəllif).

Jurnalistlərin rəyinə görə,  bu dəlillər göstərir ki, Ttrampın şirkəti müəyyən imtiyazlar müqabilində xarici hakimiyyət nümayəndələrinə hər hansı mənfəət verməyi qadağan edən Amerika qanunvericiliyini pozub.

Senatorlar həmçinin “Trump Organization” tikinti şirkətinin  Azərbaycandakı  biznes ortağı vasitəsilə  ABŞ-ın sanksiya tətbiq etdiyi  İran İslam Keşikçiləri Korpusu ilə mümkün gizli əlaqələrinin olmasına dair ehtimalların araşdırılmasını tələb edib.

Donald Trampın Azərbaycanda  Ziya Məmmədov və  oğlu Anar Məmmədovla  birgə biznesinin olduğu əvvəldən məlum idi.  Anar Məmmədov D.Tramplə əlaqələrini hələ məşhur milyarder Amerika prezidenti seçilməmişdən öncə qurmuşdu. O zaman Anar Məmmədov Azərbaycan-Amerika Alyansı adlanan lobbi təşkilatına rəhbərlik edirdi. Bir müddət sonra isə Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində 72 mənzildən və 189 otel otağından ibarət 33 mərtəbəli “Tramp Tower” inşa olundu.  Qeud edək ki, hazırda həmin otel binası istifadəsizdir.  Donald Tramp ABŞ prezidenti seçildikdən sonra biznes fəaliyyətindən , o cümlədən Azərbaycandakı  inşaat fəaliyyətindən imtina edərək şirkətə rəhbərliyi oğluna  təhfil verdi.

Ancaq D. Trampın prezident seçilməsi Azərbaycanda Ziya Məmmədova hakimiyyət dairələrində edilən  təzyiqlərə son qoyulacağı və hətta sabiq nəqliyyat nazirinin baş nazir və ya vitse-prezident təyin ediləcəyi barədə şaiyələrin yayılmasına səbəb oldu. Təbii ki, bunlar hamısı heç bir əsası olmayan ehtimallar idi. Senatorların son müraciəti ABŞ-ın hüquqi dövlət olduğunu  nəinki bir daha təsdiqləyir, üstəlik Azərbaycandakı korrupsioner dairələrlə birgə biznes fəaliyyətinin prezident Tramp üçün başağrısına çevrildiyini göstərir.  Əgər bu araşdırmalar başlansa, ABŞ Azərbaycandan bir sıra sənəd və dəlillər tələb edəcək. Bu isə Birləşmiş Ştatların Azərbaycana təzyiqlərinin artması ilə müşahidə oluna bilər. Çünki burada  yalnız korrupsiyadan deyil, hətta  Tramp-Məmmədovlar əməkdaşlığının  ABŞ-ın terrorçu təşkilat kimi tanımaq istədiyi  İran İslam İnqilabı Keşikçiləri Korpusu ilə gizli əlaqələrinin olmasından gedir.  Yəqin ki, otrada hansısa maliyyə əlaqələri olub. Bu günlərdə  Türkiyədən İrana milyardlarla dollar vəsaiti ötürən  “Xalqbank”ın İdarə Heyəti sədrinin müavinin ABŞ-da həbs edilməsi çirkli pullara bağlı şəbəkənin  tam açılmasına şərait yarada bilər. Azərbaycanlı iş adamı Rza Zərrabın Amerikada həbsinin də bu məsələ ilə bağlılığı ehtimalı güclüdür.

“Trump Organization” şirkətinin  Azərbaycandakı fəaliyyətinin bu cinayətdə iştirakının olması sübuta yetirilərsə, Amerika prezidenti  ən azı istefaya  göndərilə bilər.  Senatorların müraciətində ABŞ qanunvericiliyinin pozulduğu xüsusi vurğulanır.   Çox güman ki, belə vəziyyətdə rəsmi Bakı özünü sığortalamaq üçün   Z.Məmmədovu və ya onun adları çəkilən yaxınları barədə həbs qərarı çıxartmaq məcburiyyətində qalmalı olacaq. 

Yaranmış vəziyyəti şərh edən Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Cebhe.info-ya bildirib ki,  hazırda Donald Trampın və onun komandasının seçkilərdən öncəki fəaliyyəti, o cümlədən Rusiya ilə əlaqələri həm Konqres, həm də xüsusi xidmət orqanları tərəfindən   araşdırılır: “Bu araşdırmalarda yeni keyfiyyət mərhələsi başlayıb və cinayət tərkibinin olması yoxlanılır.  Bu prosesə ABŞ prokurorluğu və digər səlahiyyətli  orqanları  cəlb olunub.  Əgər Trampın və onun komandasının fəaliyyətində cinayət tərkibi olarsa,  şübhəsiz ki,  bunun ciddi nəticələri olacaq. Bu məsələnin hüquqi və siyasi tərfləri var.  Ola bilsin ki,  prezident Tramp və komandası daxildə müəyyən anlaşmaya gedə bilər və daxildə siyasətində müəyyən dəyişikliklər edər.  Bununla da Tramp özünə qarşı olan müxalifəti yumşalda bilər. Bu razılaşma olmasa, prosesin daha da dərinləşməsi  gözləniləndir.  Məsələnin hüquqi tərəfi ondan ibarətdir ki, Trampın hakimiyyətdə olmasına baxmayaraq,  prokurorluq və xüsusi xidmət orqanları onun və komandasının fəaliyyətini yoxlayır.  Bu, Amerikada  azadlıq, demokratiya və qanunun aliliyinin nə qədər yüksək səviyyədə olduğunu göstərir.  Amerikanın məhkəmə sistemi də Konqres də müstəqildir.  Bu baxımdan, onun həm siyasi, həm hüquqi nəticələri olacaq.  Araşdırmalar genişlənəcəksə, Trampın biznes fəaliyyətinin  çirkli nəticələri ortaya çıxarsa, bunun xarici siyasi nəticələri  və xarici hüquqi nəticələri olacaq. Bu da Azərbaycanla  münasibətlərə təsir göstərə bilər”.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR