Kənddə 20 polis girov götürülüb

Vyetnamın paytaxtı Hanoydan 50 kilometr araılda yerləşən May Dyuk kəndinin sakinləri 20 polis əməkdaşını girov götürüblər.

Yayıminfo.com  xarici mediaya istinadən xəbər verir ki, münaqişə bir neçə gün əvvəl yaranıb: məmurlar qanun keşikçilərinin müşayiəti ilə (ümumilikdə 38 nəfər) sərhəd çəkmək üçün kəndə gəliblər.

Telekommunikasiya şirkətlərindən biri kənd təsərrüfatı sahələrinin bir hissəsini hakimiyyət obyektlərinin tikintisi altına vermək niyyətindədir.

Kənd fəalları gələnlərin hamısını saxlayaraq binalardan birinə yerləşdiriblər. Üç məmur və 15 polis oradan qaça bilib. Yerli sakinlərin sözlərinə görə, girovlarla yaxşı davranır, onlara yemək-içkəm də verilir.

Bununla belə, yerli sakinlər hakimiyyətin güc tətbiqi ilə girovları xilas edəcəyindən ehtiyatlanırlar.

“Biz onların saxlandığı evin ətrafına yağ tökmüşük. Əgər polislər hücuma keçərsə, onları yandırmağa hazırıq”, – yerli sakinlərdən biri bəyan edib.
Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR