Kərkükdəki rəsmi binaların üzərindən kürd muxtariyyətinin rəmzi endirilib

Kərkük şəhərində rəsmi binanın üzərindən İraqın şimalındakı kürd muxtariyyətinin bayraq rəmzi endirilib.

“Report” xəbər verir ki, bu barədə “Haber7” məlumat yayıb.

Qeyd edək ki, martın 28-də Kərkükdə yerli rəsmi qurumların binaları üzərində İraqın dövlət bayrağı ilə yanaşı, muxtariyyətin rəmzi də asılmışdı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onların hərəkətinə belə münasibət bildirmişdi: “Kərkükdə ikinci bayrağın sahibləri separatçılıq edirlər. Bu yanlış yoldan əl çəkin. O bayraqları tez endirin, yoxsa əvəzi ağır olacaq”.

Xatırladaq ki, Kərkük türkmənlərin dədə-baba yurdudur. Ancaq son yüz ildə oradakı karbohidrogen ehtiyatı bölgəyə başqa etnik qrupların, o cümlədən kürdlərində köçməsinə səbəb olub. Bu yolla bölgədə etnik tərkib dəyişdirilib. Bəziləri tarixi saxtalaşdıraraq Kərkükü başqa etnik qrupların ərazisi sayır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR