Əkiz bacıların 87 yaşlı kişini vurması ilə bağlı – Açıqlama

Müğənni Sevinc və Sevil bacıları səhər saatlarında yeni aldıqları avtomobillə qəza törətmələri xəbərinə aydınlıq gətirilib.

Skrom.Net saytına məsələ ilə bağlı açıqlama verən əkizlərin mətbuat katibi Yeganə Əliqızı bildirib ki, sözügedən şəxs xəsarət almayıb:

“Qəzanın baş verməsi doğrudur. Sözügedən şəxs 87 yaşlı kişidir. Hadisə baş verdiyi ərazidə piyada keçidi olmayıb. O, da həmin ərazidən yolu keçməyə çalışıb. Maşın piyadaya toxunmayıb, yaşlı olduğu üçün qorxusundan yıxılıb. Hazırda vəziyyəti çox yaxşıdır. Məsələyə polis qarışıb. Hər şey aydınlaşandan sonra yenidə nictimaiyyətə  açıqlama verəcəyik”.

Qeyd edək ki, Qaynarinfo.az saytının yaydığı məlumata görə, bacıların idarə etdiyi “Dodge Durango” markalı avtomobil İçərişəhərin yaxınlığında, “Qoşa qala qapısı” adlanan ərazidə yolu keçən yaşlı bir kişini vurub. Piyada ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR