Latviya vətəndaşı Azərbaycanda ali məktəbə rektor təyin edildi

Qərb Universitetində yeni rektor fəaliyyətə başlayıb.

Sonxeber.az bildirir ki, ali məktəbdən APA-ya verilən xəbərə görə, bundan sonra universitetə Latviya vətəndaşı Andris Leitas rəhbərlik edəcək.

Yeni rektor Latviya Dövlət Universitetini bitirib, mühəndislik elmləri üzrə fəlsəfə doktordur.

Latviya Dövlət Universitetinin professoru olan A. Leitas bu ölkənin bir sıra dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR