Məhkəmə-Hüquq Şurası: “Hakim Fəqan Əhmədov mütləq müttəhim barəsində axtarış verməlidir”

Zərərçəkən hakim Fəqan Əhmədovu günahlandırır

Bu gün Azərbaycan hakimlərinin neqativ əməlləri az qala dillrdə əzbər olub. Ölkə mediasının yazdığına görə, pulun gücü ilə istənlən dələduza haqq qazandırmaq, cinayətkarla bağlı bəraət verilmiş məhkəmə qətnaməsi almaq olar. 4 apreldə LEGİON saytında “Hakim müttəhimlə bazarlıq edir?” başlıqlı məqalə dərc olunub. Məqalə vətəndaş Səbinə Ələkbərovanın Zöhrab Zülfi oğlu Əliyev barəsində şikayətindən bəhs edir. Zərərçəkən xanım öz şikayətində bldirir ki, Zöhrab Əliyev onu aldadaraq 265 min manat pulunu mənimsəyib. Məqalədə qeyd olunur ki, vətəndaş Ələkbərova Səbinə Elçin qızı Zöhrab Zülfi oğlu Əliyevin onu aldatması və 265 min manat pulunu mənimsəməsi barədə məhkəməyə şikayət edib.

Sabunçu məhkəməsi dələduzdan 265 min manatın alınıb qanuni sahibinə qaytarılması ilə bağlı qərar qəbul edib. Ancaq qərarın qəbul olunmasından uzun müddət keçməsinə baxmayaraq məhkəmə icraçısı Hakim Mirzəyev qərarın icrasını gecikdirir. Bu ilin fevral ayında Zöhrab Əliyev Kavkaznews.az-a şikayət edərək bildirdi ki, məqalələrin dərcindən sonra vəkili Fəzail İsmayılov və məhkəmə icraçısı Hakim Mirzəyev ona təzyiq edirlər:” Mən inkar etmirəm ki, borclu deyiləm, ancaq çalışıram ki, borcu qaytarım. Mən artıq 57 min manatı qaytarmışam və yaxın vaxtlarda qalan 208 min manatı qaytarmağa çalışıram. Mənə vaxt lazımdır. Mən bu müddət ərzində 45 min manat xərcləmişəm. Mən bu pulu vəkilə verdim, o isə məhkəmə icraçısına verib. İndi isə məndən 70 min manat tələb edirlər”.

Zöhrab Əliyev onu da qeyd edib ki, Hakim Mirzəyev və Fəzail İsmayılov deyir ki, 70 min manatı verməsən işi Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərəcəklər və azadlıqdan şərti olaraq məhrum ediləcəm. Yeri gəlmişkən, onu da bildirək ki, iş artıq məhkəməyə daxil olub. Və 7 sentyabr 2016-cı ildə Sabunçu məhkəməsində hazırlıq iclası keçirilib. Ancaq Zöhra Əliyev üzrlü olmayan səbəbdən məhkəməyə gəlməyib. Və məhkəmə prosesi 21 sentyabr 2016-cı il tarixə təyin olunub. Ancaq bu tarixdə də Zöhrab Əliyev məhkəmə iclasına gəlmədiyi üçün onun axtarışı ilə bağlı məhkəmə qərarı qəbul edilib.

8 noyabr 2016-cı il tarixdə Zöhrab Əliyev həbs olunaraq Bakı istintaq təcridxanasına yerləşdirilib. Sonra onun cəzası ev dustaqlığı ilə əvəz olunub. Yeni məhkəmə iclası 5 dekabr 2016-cı ilə təyin olunub. Bu tarixdə də Zöhrab Əliyev məhkəmə iclasına gəlməkdən imtina edib. Və məhkəmə iclası 18 fevral 2017-ci il tarixə təxirə salınıb. Buna baxmayaraq Zöhrab Əliyev yenidən məhkəməyə gəlməyib. Məsələ ilə bağlı vəkil Fariz Namazlı LEGİON-a bildirib ki, əgər cavabdeh bir dəfə axtarışa verilibsə, onun ev dustaqlığı üçün ciddi əsaslar olmalıdır: “ Əgər ciddi əsaslar yoxdursa, bu halda deməli ortada şəxsi maraqlar və gizli razılaşmalar var”.

Vəkil LECİON-a onu da bildirib ki, hakim Zöhrab Əliyevin hər halda məhkəməyə gələcəyini düşünürsə səhv edir: “ Cavabdeh məhkəmənin qərarını saymırsa, onun haqqında axtarış elan olunmalıdır”.

18 mart 2017-cil il tarixdə zərərçəkən Səbinə Ələkbərova hakim Fəqan Əhmədovun hərəkətlərindən Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədova şikayət edib. Ələkbərovanın fikrincə, hakim Fəqan Əhmədov tamah məqsədilə Zöhrab Əliyevi istintaq təcridxanasından ev dustaqlığına buraxıb.

Biz Məhkəmə-Hüquq Şurasının Səbinə Ələkbərovanın şikayətini araşdırması ilə maraqlandıq. Bu məqsədlə LEGİON Məhkəmə-Hüquq Şurasının baş məsləhətçisi Rübabə Məmmədovaya müraciət edib. Rübabə Məmmədova bildirib ki, əgər müttəhim məhkəmə iclasına gəlmirsə, onun barəsində mütləq axtarış elan olunmalıdır. Belə olan təqdirdə nə üçün Səbinə Ələkbərovanın Məhkəmə-Hüquq Şurasına şikayətinə baxılmır? Bu suala cavab tapmaq üçün qurumun dəftərxanasına müraciət etdik. Dəftərxananın işçiləri bizə məsləhət bildilər ki, qurumun əməkdaşı Eldar İsmayılova müraciət edək. Çox təəssüf k, Eldar İsmayılovla əlaqə saxlamaq cəhdimiz uğursuz oldu.

R.Həsənoğlu

LECİON

Mövzu ilə bağlı linklər:
http://qafqaznews.az/2016/04/dliyy-nazirliyinin-m-muruna-rusv-t-verdiyini-dey-n-s-xsin-isi-obyektiv-arasdirilacaqmi-video-fotolar/

http://qafqaznews.az/2016/03/gomruk-polkovnikini-firildaqci-il-birl-sdir-n-n-dir/
http://qafqaznews.az/2016/03/dliyy-nazirliyinin-icracisi-70-min-manata-problem-h-ll-edir-etiraf/
http://qafqaznews.az/2016/04/dliyy-nazirliyi-m-kdaslarinin-t-r-t-miz-olduguna-mindir/
http://qafqaznews.az/2016/01/o-puldan-general-xanlar-zeynalova-n-q-d-r-catdi/
http://qafqaznews.az/2015/12/95936/
http://qafqaznews.az/2016/01/xanlar-zeynalov-jurnalistd-n-qisas-alir/

http://qafqaznews.az/2016/06/z-r-rc-kmisl-r-onlara-265-min-manat-atan-zohrab-liyevi-axtarir-foto-video/
http://qafqaznews.az/2017/04/cavabdeh-m-hk-m-nin-q-rarlarini-saymir/

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR