“Mətanət A”nın nümayəndəsi şirkətin gəlirlərinin gizlədilməsi ilə bağlı mətbuata açıqlama verməkdən imtina edir

Ötən il 7 sentyabrda Kavkaznews.az saytında “Mətanət A” mənim mənzilimi banka girov qoydu” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə “Mətanət A” şirkətinin satış üzrə keçmiş meneceri Fəxri İsmayılovun dediklərinə əsaslanırdı: “ Mən şirkətin mallarını müxtəlif marketlərə satırdım. Rəsmi əmək haqqından əlavə olaraq satdığım malın dəyərinin 3 faizi mənə verilirdi. Məni şirkətə işə qəbul edəndə məndən soruşdular ki, sənin hansısa əmlakın varmı. Mən isə evim və avtomobilim olduğunu söylədim. Şirkətin rəhbərliyi mənə dedi ki, sənin əmlakın bankda girov olacaq. Və sənə dəyəri 36 min manatdan yuxarı mal veriləcək. Satışdan gələn gəlirin 3 faizi sənə çatacaq. Satış zamanı hər hansı çatışmazlıq olarsa, sənin evin satılacaq və şirkətin zərəri ödənəcək. Mən özümə güvəndiyim üçün evimin banka girov qoyulmasına razılıq verdim. Və mənim evim “Dəmirbank” ASC-yə ( hazırda “Azərdəmiryolbank”) girov qoyuldu.

Girovun məbləği 20 min manat oldu. Mənim mal satışından gələn gəlirimin 10 faizi mənim şirkətdəki depozitimə yönəldi, 3 faiz isə bankın faizlərinə ödəndi”.

İsmayılov qeyd edir ki, 2010-cu ildə şirkətin rəhbərliyi ona bildirib ki, mənzilin “Dəmirbank”a qanunsuz girov qoyulub: “ Mənə işimdə çatışmazlıq olmadığı qeyd olunan məktub verildi və bankdan xahiş olundu ki, mənim evim girovluqdan çıxarılsın. Mən həmin məktubu banka təqdim etdim və evim girovluqdan çıxarıldı”.

Yeri gəlmişkən, xatırladaq ki, hazırda Mətanət A şirkətinin direktoru Elxan Bəşirovun Qafqaz Xəbər Agentliyinə və şirkətin keçmiş işçisi Fəxri İsmayılova qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi gedir. Elxan Bəşirov iddia edir ki, Qafqaz Xəbər Agentliyində dərc olunan məqalələr onun işgüzar nüfuzuna zərbə vurub və şərəf və ləyaqəti alçaldılıb.

Ona görə də 2 milyon manat təzminat tələb edir. Nizami rayon məhkəməsində isə Elxan Bəşirov Fəxri İsmayılova qarşı iddia qaldıraraq onu böhtançılıqda ittiham edir. 5 aprel 2017-ci il tarixdə Kavkaznews.az saytında “Mətanət A şirkətinin qara mühasibatlığı ilə bağlı məhkəməyə sənədlər təqdim olundu” başlıqlı məqalə dərc olunub. Məqalədə Fəxri İsmayılov şirkəti öz gəlirlərini vergidən yayındırmağa görə ittiham edir: “ Mən menecer işinə müsabiqə əsasında götürülmüşəm və pərakəndə satışla məşğul olmuşam.

Şirkətdəki mövcud qaydaya görə Bakı ərazisi 6 zonaya bölünmüşdü. Hər menecer öz zonasında fəaliyyət göstərə bilərdi. Biz satış üzrə menecerlər hər gün mağazalardan satılmış malların pulunu yığırdıq. Bu gələn pulları daxil etmək üçün satış üzrə baş menecer Fuad Qafarlı xüsusi blank – kassa qəbzi paylamşdı. Bu qəbz iki hissədən ibarət idi. Xeyli sayda qəbzlər toplanan kimi Fuad Qafarlı həmin qəbzləri torbaya yığıb yandırırdı. Ki, yoxlama zamanı həmin qəbzlər Vergilər Nazirliyinin əməkdaşlarının və digər dövlət qurumlarının əlinə keçməsin”.

Həqiqətənmi, “Mətanət A”nın satış üzrə baş meneceri gəlir -kassa qəbzlərini yandırıb..? Suala cavab tapmaq üçün Fuad Qafarlıya müraciət etdik. Fuad Qafarlının bizə cavabı belə oldu: “ Bu məsələ ilə bağlı istintaq gedir. Ona görə də istintaqın nəticələrini gözləmək lazımdır”.

LEGİON-un müxibiri “Siz məhkəməni nəzərdə tutursunuzmu?” sualı ilə yenidən Fəxri Qafarlıya müraciət edəndə o, “Hə” cavabını verdi.

Məsələ ilə bağlı Qafqaz Xəbər Agentliyinin və Fəxri İsmayılovun nümayəndəsi, Qafqaz Hüquq Mərkəzinin direktoru İlqar Abbasov müxbirimizə aşağıdakıları söylədi: “ Həqiqətən də Fəxri İsmayılov “Mətanət A” şirkətində ikili mühasibatlığın – həqiqi və qara mühasibatlığın olması ilə bağlı məhkəməyə müraciət edib. Sizin sualınıza cavab verməməklə Fuad Qafarlı bir daha Fəxri İsmayılovun dediklərinin həqiqət olduğunu təsdiq edib”.

Abbasovun fikrincə, əgər Fuad Qafarlıda Fəxri İsmayılovun dediklərini inkar edən sənədlər olsaydı mütləq təqdim edərdi. İlqar Abbasov LEGİON-a onu da bildirdi ki, Fəxri İsmayılov “Mətanət A” şirkətində fasiləsiz olaraq 4 il işləyib: “ Hər il orta hesabla şirkətin kassasına 2 milyon pul ödəyib. Təsəvvür edirsiniz nə qədər pul vergidən gizlədilib. Fəxri İsmaylov hazırda Mətanət A şirkətin vergidən yayınması ilə bağlı Nizami rayon məhkəməsinə müraciət etməyə hazırlaşır”.

Biz Vergilər Nazirliyinin vergidən yayınmalarla bağlı KİV-də dərc olunan məlumatları izlədiyini öyrənmək üçün nazirliyin mətbuat xidmətinin rəhbəri Mehdi Mirsəlimova müraciət etdik. O bildirdi ki, biz vergidən yayınmalarla bağlı istənilən məlumatı izləyiik.

Müxbirimizin “ Mətanət A” şirkətinin vergidən yayınması ilə bağlı mətbuatda dərc olunan məlumatlar nazirliyə bəllidirmi” sualına mətbuat katibi “Mənə 1 saatdan sonra zəng edin” deyərək sonrakı zənglərimizə cavab vermədi.

Ç.Rüstəmoğlu

LEGİON

Mövzu ilə bağlı linklər:

“Mətanət A” şirkətinin “qara mühasibatlıq” sənədləri məhkəməyə təqdim olundu-FOTOSƏNƏD

“Mətanət A”nın daha bir sabiq əməkdaşı depozit olduğunu təsdiqlədi – FOTOFAKT

“Mətanət A” şirkəti jurnalistdən və sabiq işçisindən 2 milyon manat tələb edir – ABSURD

“Mətanət A” şirkəti Qafqaz Xəbər Agentliyindən nə istəyir?

“Mətanət A” şirkəti işçilərlə “girov” müqaviləsi də bağlayır?

Hüquqşünas “Mətanət A”nın işçisinə məhkəməyə müraciət etməyi təklif edir

“Mətanət A” şirkətinin ciddiyyət problemi-FOTOSƏNƏD

““Mətanət A”nın keçmiş əməkdaşı öz depozitinin qaytarılmasını tələb edir”

““Mətanət A” mənim mənzilimi banka girov qoydu”

Mətanət A”nın “saxta” dediyi sənəd həqiqi çıxdı?-ARAŞDIRMA
“Mətanət A” şirkəti ilə bağlı dəlil-sübutlar –Fotofakt

 

 

 

 

Page1 (2)Page1 (4)

Page1

Page1 (3)

Page1 (5)

1 (8)

1
1 (2) 1 (3) 1 (4) 1 (5) 1 (6)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR