“Mətanət A” şirkəti ilə bağlı dəlil-sübutlar –Fotofakt

 Ötən il 7 sentyabrda Kavkaznews.az saytında  ““Mətanət A” mənim mənzilimi banka girov qoydu” başlıqlı məqalə dərc olunmuşdu. Məqalə “Mətanət A” şirkətinin satış üzrə keçmiş meneceri Fəxri İsmayılovun dediklərinə əsaslanırdı: “ Mən şirkətin mallarını müxtəlif marketlərə satırdım. Rəsmi əmək haqqından əlavə olaraq satdığım malın dəyərinin 3 faizi mənə verilirdi. Məni şirkətə işə qəbul edəndə məndən soruşdular ki, sənin hansısa əmlakın varmı. Mən isə evim və avtomobilim olduğunu söylədim. Şirkətin rəhbərliyi mənə dedi ki, sənin əmlakın bankda girov olacaq. Və sənə dəyəri 36 min manatdan yuxarı mal veriləcək. Satışdan gələn gəlirin 3 faizi sənə çatacaq. Satış zamanı hər hansı çatışmazlıq olarsa, sənin evin satılacaq və şirkətin zərəri ödənəcək. Mən özümə güvəndiyim üçün evimin banka girov qoyulmasına razılıq verdim.

Və mənim evim “Dəmirbank” ASC-yə ( hazırda “Azərdəmiryolbank”) girov qoyuldu. Girovun məbləği 20 min manat oldu. Mənim mal satışından gələn gəlirimin 10 faizi mənim şirkətdəki depozitimə yönəldi, 3 faiz isə bankın faizlərinə ödəndi”.

İsmayılov qeyd edir ki, 2010-cu ildə şirkətin rəhbərliyi mənə bildirdi ki, mənzilin “Dəmirbank”a qanunsuz girov qoyulub: “ Mənə işimdə çatışmazlıq olmadığı qeyd olunan məktub verildi və bankdan xahiş olundu ki, mənim evim girovluqdan çıxarılsın. Mən həmin məktubu banka təqdim etdim və evim girovluqdan çıxarıldı”. Yeri gəlmişkən, onu da qeyd edək ki, “Mətanət A” şirkəti “Dəmirbank”la bağlanan girov müqaviləsinin olduğunu inkar etdi. Ancaq “Dəmirbank”ın əməkdaşı Cavid Alıyev LEGİON-a bildirib ki, Fəxri İsmaylova verilən sənəd onunla bank arasında bağlanan ipoteka müqaviləsidir.

Bankın nümayəndəsi onu da qeyd elədi ki, bu müqaviləyə görə, Fəxri İsmayılov “Mətanət A” şirkəti qarşısında böyük məbləğ üçün öhdəliklidir: “ Həmin öhdəlik yerinə yetirilməsə, şirkət həmin məbləği bankdan tələb edə bilər. Ona görə də ev bizim banka girov qoyulub”.

Alıyevin sözlərinə görə, Fəxri İsmayılovun evi “Mətanət A” şirkətinin məktubu əsasında girovluqdan çıxarılıb: “ Çünki ev başqa yolla girovluqdan çıxarıla bilməzdi”. Bu günlərdə Fəxri İsmayılov LEGİON-a 2008-ci ildə Dəmirbank-la onun arasında bağlanan müqaviləni təqdim etdi. Bu müqaviləyə görə, “Mətanət A” şirkəti 12 ay müddətində təminatlı olub. Banka girov kimi Bakı, Nizami rayonu, R.Rüstəmov küçəsi, 72 saylı binadakı mənzil qoyulub. Fəxri İsmayılovun üzərinə düşən öhdəliyii yerinə yetirməyəcəyi halda bank müvafiq qərar qəbul edəcəkdi.

Sənəddə qeyd olunur ki, sizin öhdəliyinizə görə, mənziliniz hərracda satıla bilər. Fəxri İsmayılovun nümayəndəsi İlqar Abbasov isə bildirib ki, bu sənəd onu göstərir ki, “Mətanət A” şirkəti müqavilə ilə bağlı tam məlumatlı olub: “ Bundan başqa şirkətin rəhbərliyi, “Matanat A”-nın direktor müavini Fuad Bəşirov işə qəbul vaxtı Fəxri İsmayılova bildirib ki, işə qəbul olunmağın şərti olaraq “Dəmirbank”la təminat müqaviləsi bağlanmalıdır. Direktor müavininin bu hərəkəti təkcə əmək qanunvericiliyinə zidd deyil, həm də cinayət məsuliyyəti daşıyır”.

Abbasovun sözlərinə görə, Fəxri İsmayılovun təqdim etdiyi bank sənədlərindən və hesabatlardan bəlli olur ki, “Mətanət A” şirkəti həm də yüz milyonlarla manat vergidən yayınıb.

Sənan Məmmədli

LEGION

Mövzu ilə bağlı linklər:

“Mətanət A” şirkətinin “qara mühasibatlıq” sənədləri məhkəməyə təqdim olundu-FOTOSƏNƏD

“Mətanət A”nın daha bir sabiq əməkdaşı depozit olduğunu təsdiqlədi – FOTOFAKT

“Mətanət A” şirkəti jurnalistdən və sabiq işçisindən 2 milyon manat tələb edir – ABSURD

“Mətanət A” şirkəti Qafqaz Xəbər Agentliyindən nə istəyir?

“Mətanət A” şirkəti işçilərlə “girov” müqaviləsi də bağlayır?

Hüquqşünas “Mətanət A”nın işçisinə məhkəməyə müraciət etməyi təklif edir

“Mətanət A” şirkətinin ciddiyyət problemi-FOTOSƏNƏD

““Mətanət A”nın keçmiş əməkdaşı öz depozitinin qaytarılmasını tələb edir”

““Mətanət A” mənim mənzilimi banka girov qoydu”

Mətanət A”nın “saxta” dediyi sənəd həqiqi çıxdı?-ARAŞDIRMA

 

 

Page1 (2)Page1 (4)

Page1

Page1 (3)

Page1 (5)

1 (8)

1
1 (2) 1 (3) 1 (4) 1 (5) 1 (6)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR