“Mətbuat Şurasına Baş Qərargah rəisini də gətirsələr…”

Elçin Şıxlı: “Problemin səbəbləri ilə mübarizə aparılmalıdır, nəticəsi ilə yox”

Mətbuat Şurasının sədri Əflatun Amaşov bu günlərdə maraqlı açıqlama ilə çıxış edib. Millət vəkili “reket” mətbu orqanlara qarşı mübarizə məqsədi ilə rəhbəri olduğu qurumun “reket” jurnalistikaya qarşı mübarizə komissiyasının tərkibinin genişləndiriləcəyini, habelə DİN, DTX, Baş Prokurorluq, Ədliyyə Nazirliyi təmsilçilərinin də bu komissiyanın fəaliyyətində iştirakının təmin ediləcəyini bildirib. .

Maraqlıdır, güc orqanı təmsilçilərinin məlum komissiyada iştirakı, Mətbuat Şurasının bir növ “hərbiləşdirilməsi” “reket jurnalistikası”na qarşı uğurlu mübarizəyə imkan verəcəkmi?Moderator.az-a açıqlamasında məsələyə münasibət bildirən Ayna.az saytının baş redaktoru Elçin Şıxlı bu yeniliyin heç bir müsbət irəliləyişə yol açmayacağını vurğulayıb:

“Bununla reketçilik problemini həll etmək mümkün deyil. Çünki problemi aradan qaldırmaq üçün nəticə ilə yox, onu yaradan səbəblərlə mübarizə aparmaq, onları aradan qaldırmaq lazımdır. “Reket” adlanan mətbuat orqanlarının kim tərəfindən maliyyələşməsi, kimlərin havasına oynadığımı müəyyən etmək lazımdır. Hər şey şəffaf olmalıdır. Şəffaf olmadığı təqdirdə, Mətbuat Şurasındakı komissiyaya Baş Qərargah rəisini də gətirib otuzdursalar, heç bir fayda verməyəcək”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR