“Maskalı MTN-çilər toyda restorana basqın etdilər…”

Ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri – Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Ölkə mətbuatının verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən, “Real MTK”nın həbsdə olan rəhbəri İlham Qasımov ifadə verərək istintaqa dediklərini təsdiqləyib.

O, bildirib ki, qohumunun toyunda MTN əməkdaşları olan maskalı şəxslər restorana basqın edərək onları aparıblar.

Suallara cavab verən İ.Qasımov sübut sayıla biləcək toy kasetinin MTN əməkdaşları tərəfindən məhv edildiyini deyib.

Məhkəmədə fasilə elan olunub. Proses günün ikinci yarısında davam etdiriləcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR