Mehman Əhmədlidən sərt REAKSİYA — “Guya jurnalistlərin arasında narkoman yoxdur?”

Söz ustadı Ölkə.Az-a açıqlamasında İslamovun narkotik maddə qəbulundan sonra vəfat etməsindən xəbərsiz olduğunu deyib:

“Əlislam efir meyxanaçısı olmayıb. Bəli, vaxtında yaxşı meyxanalar da deyib. Ümumiyyətlə, meyxanaçıların adının narkomaniya ilə yanaşı hallandırılmasının əleyhinəyəm. Dəqiq bilmirik ki, Əlislam hansı səbəbdən vəfat edib. Bütün sahələrdə olduğu kimi meyanaçıların da arasında yaxşısı, pisi, narkomanı var. Guya jurnalistlərin, idmançıların arasında anrkoman yoxdur? Jurnalistlərdən xahiş edirəm ki, meyxananı belə şeylərlə bağlamasınlar. Meyxanaçıların arasında dindar insanlar da az deyil”.

Qeyd edək ki, “Report”un xəbərində bildirilirdi ki, Yasamal rayonu, A.Şərifzadə küçəsində yaşayan 1979-cu il təvəllüdlü İslamov Əlislam Nuru oğlu yüksək dozada narkotik maddə qəbul edərək dünyasını dəyişib. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal Rayon Şöbəsinə təhvil verilib.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR