Mikayıl Cabbarovun nümayəndəsinin iş otağı möhürləndi:GƏNCƏDƏ

Redaksiyamızın elektron poçtuna [email protected] email ünvandan müraciət daxil olub. Gəncə şəhər Təhsil İdarəsinin bir qrup işçisi adından çıxış edən Mehriban Rza qızı Həsənova müraciətində Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Qərb nümayəndəliyinin rəhbəri Ceyhun Mirzənin özbaşınalığından və bu səbəbdən doğan acı nəticələrdən bəhs edir. Mövzunun aktuallığını nəzərə alıb, müraciəti olduğu kimi dərc edirik:

“Azərbaycan Respublikası Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin Qərb nümayəndəliyinin rəhbəri Ceyhun Mirzə Gəncə təhsilini çox bərbad vəziyyətə salmışdır. Bugünlərdə Təhsil Nazirliyində yığıncaq keçirilmişdir. Bu yığıncaqda Təhsil Nazirinin müavini Mətin Eynullayev Ceyhun Mirzəni ayağa qaldıraraq onun fəaliyyətini kəskin tənqid etmiş, onun korrupsiyaya qarşı mübarizə aparmalı olduğu halda,tamamilə korrupsiyaya bulaşdığını bütün toplantı iştirakçıları yanında söyləmişdir. Həmin vaxt Ceyhun Mirzə yığıncaqda olarkən onun Gəncədəki iş otağından kompüterlər götürülmüş və iş otağı möhürlənmişdir. Hal-hazırda Ceyhun Mirzə iş otağına buraxılmır, fəaliyyəti yoxlanılır. Çox dəqiq məlumatlara görə, Gəncə şəhərində testdən keçməyən 200-dən artıq müəllimin işə qəbulunun araşdırılması Təhsil Naziri Mikayıl Cabbarovun əmri ilə Ceyhun Mirzəyə tapşırılmışdı. Ceyhun Mirzə isə bundan sui  istifadə edərək Gəncədən olan direktorları iş otağında tək-tək qəbul edərək onlarla “razılaşırdı”. Gəncə şəhər  28 saylı orta məktəbə direktor təyin edilən Gəncə şəhər Polis İdarəsinin rəisi Faiq Şabanovun yeznəsi İmran Tağıyevin Hacıməlik kəndində direktorluq vəzifəsindən biabırçı şəkildə qovulması məsələsini də Ceyhun Mirzə və Kənan Quliyev araşdırırdı, amma bu pedaqoqa yaraşmayan biabırçılıqların üstü nədənsə ört-basdır edildi və həmin şəxs Gəncədəki 28 saylı məktəbə direktor təyin edildi.

Kimdir Ceyhun Mirzə???

Ceyhun Mirzəyev atası Sofu kişi ilə birlikdə Gəncədə bir müddət  «Sport Loto» işlədib. Futbol üzrə proqnozları yığmaqla məşğul olan indiki koordinator mədəni şəkildə «futbol qumarı» ilə məşğul olub.

Daha sonra  Gəncə Təhsil İdarəsində məsləhətçi ştatı üzrə fəaliyyət göstərən Ceyhun Mirzə 2012-2013-cü illərdə Dövlət Qulluğu Komissiyası tərəfindən təşkil olunmuş testlərdən keçə bilməsə də bir neçə gün sonra 3 saylı orta məktəbə direktor təyin edildi. Adıçəkilən şəxsin öz kurasiyasında olan Gəncə futbol təmayüllü gimnaziyada  dərs keçmədən maaş aldığı da məlumdur. Mirzəyevin əsas gəlirli sahələrindən biri də Gəncə Futbol Kollecidir. Məktəblərdən adına dərs saatı yazdırıb, maaşlarını özü götürən bu şəxs yaxın qohumlarına da güzəştə getmir. Elə ona görədir ki, Futbol Kollecində adını işə yazdırdığı xalası Elnarə Həsənovanın  əməkhaqqı kartı koordinatorun cibində olur. Eyni zamanda, Təhsil Nazirliyinin rəsmisi bütün qohumlarını bu təhsil ocağına yerləşdirərək, onların maaşlarını özü alır.

Ceyhun Mirzənin Xədicə adlı həyat yoldaşı da diplomsuz olsa da, ingilis dili təmayüllü məktəbdə müəllimlik edir.

Ceyhun Mirzənin  sözügedən posta gətirilməsi  Ailə və Qadın Problemləri Dövlət Komitəsinin sədri Hicran Hüseynovun xahişi əsasında mümkün olub. Onu himayə edən şəxs isə elə Təhsil Nazirliyinin Daxili Nəzarət İdarəsinin rəisi Kənan Quliyev  olmuşdur.

Ceyhun Mirzənin Təhsil Nazirliyi Daxili Nəzarət Şöbəsinin Qərb bölgəsi üzrə nümayəndəsi təyin olunması Gəncə təhslində çox acınacaqlı mənzərə yaratdı.

Təhsil ocaqlarının rəhbərləri onun özbaşınalığından dəfələrlə şəhər rəhbərliyinə müraciət etmişlər.

Gəncə şəhər icra hakimiyyətinin başçısı E.Vəliyevin ona etdiyi xəbərdarlıqlar nəticə verməyib. Ceyhun Mirzə   Gəncənin bir sıra təhsil ocaqlarının rəhbərlərini hədələyərək onlardan icra başçısına qarşı ərizə tələb etmiş, hətta bu şantajdan kənar qalmaq istəyənləri işdən çıxartmaqla təhdid etmiş və bəzilərini cəzalandırmağa nail olmuşdur. Təhsil naziri Mikayıl Cabbarov tərəfindən qorunan Ceyhun Mirzənin Gəncənin təhsil ocaqlarının rəhbərlərindən küllü miqdarda rüşvət tələb etməsi kimi faktlar bütün şəhər ictimaiyyətinə məlumdur.

Gəlin diqqət edək: – Ceyhun Mirzə bu vəzifəyə gətiriləndən sonra 20 – 333 dövlət nömrə nişanlı son model “Galenvagen” markalı avtomobilin sahibinə çevrildi. Şəhərin ən bahalı yerlərindən biri olan Mahrasa bağı qəsəbəsində yeni tikilidə tam təmirli 4 otaqlı mənzil alıb. Şəhərin mərkəzində 5 mərtəbəli  yaşayış binasında  ev alıb və hazırda həmin evi baha qiymətə xarici vətəndaşlara  kirayəyə verib. Bakı şəhərində həyət evi, bir neçə obyekt, Zəylik kəndində həyət evi, Gəncə şəhərinin  bir çox yerlərində maşın alqı satqısı mərkəzləri açıb, hazırda xaricdən yeni maşınlar gətirib satışını təşkil etməkdədir.  Göygöl rayonunun ən səfalı yerində, dağların ətəyində, Mizrik kəndində böyük villanın sahibidir. Villanın tikintisi və şəraiti üçün 200 mindən çox pulun xərclədiyi faktdır.

Təsadüfü deyil ki, qısa zamanda milyonçu olan bu şəxs yuzminlərlə ölçülən mülklərin sahibinə çevrildi. Nə qədər acı olsa da şəhər rəhbərliyi Gəncə təhsilində Ceyhun Mirzə problemindən xilas ola bilmir.
Dələduzluq, rüşvətxorluq  Ceyhun Mirzənin  həyat amalıdır, yoxsa seçdiyi yoldur?! Bu şəxsin bir neçə villası, son model avtomobilləri gözləri qamaşdırsa da, Təhsil Nazirliyinin rəhbərliyi susur və bu pulların hansı yolla qazanıldığının hesabını aparmır.
Əslində, görünən odur ki, nazirliyin susmasının ən başlıca səbəbi qazanılan çirkli pullarda müəyyən şəxslərin Ceyhun Mirzə ilə şərik olmasıdır. Biz kimsəni ittiham etmək səlahiyyətində olmasaq da, ölkə rəhbərliyinin diqqətinə bu gün Gəncə və qərb bölgəsinin təhsil sistemində baş verən dəhşətli faktları çatdırırıq. Qəribə  də olsa həmin faktları bilən nazir susur  və müvəqqəti olaraq onun iş otağını  möhürləməklə işini bitmiş sayır.

Xatırladaq  ki, Ceyhun Mirzənin qanunsuz fəaliyyətinin  hansı dövlət qurumu tərəfindən nəzarətə götürüldüyü artıq  bizə tam məlumdur. Ümid edirik ki, dövlətin bu qurumu Gəncə təhsilindəki  bu özbaşınalığa son qoyacaq və Ceyhun Mirzənin haqqında ciddi tədbir görəcəkdir.

Maraqlıdır ki, Mikayıl Cabbarov təhsil sistemində  Misir Mərdanov dövründən qalan peşəkar   kadrlara və seçilmiş məktəb direktorlarına qarşı çox amansızdır. Amma,özünün təyin etdiyi , təhsildən xəbəri olmayan seçilmiş kadrların   yarıtmaz  fəaliyyəti də göz önündədir”.

 

Redaksiyadan: qarşı tərəfi də dinləməyə hazırıq.

Yenixeber.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR