Mirkazım Seyidov Azərbaycan cəmiyyətinə müraciət etdi

Novosibirskdəki Azərbaycan diasporu Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun rəhbəri Mirkazım Seyidov LEGİON -a müraciət ünvanlayıb:

Həmişə öz müstəqil mövqeyi ilə seçilən şair, publisist, ictimai xadim Mirkazım Seyidovun müsahibələri və açıqlamaları Azərbaycan cəmiyyəti tərəfindən maraqla qarşılanır.
Məlumat üçün bildirək ki, Mirkazım müəllim eyni zamanda Rusiya Federasiyasının Novosibirsk şəhərindəki Azərbaycan diasporunun lideri və Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun rəhbəridir.
Mirkazım Seyidovun LEGİON-a daxil olan müraciətini oxuculara təqdim edirik.
“Azərbaycanda gedən ictimai-siyasi proseslər məni çox narahat edir. Ona görə yox ki, müxalifət yeniden baş qaldırıb. Bu heç də qorxulu deyil, çunki onlar istər hakimiyyətdə olduqları vaxt, istərsə də ötən 25 il ərzində özlərinin fərasətsiz və bacarıqsız olduqlarını sübüt ediblər.
Bu gün isə mövcud vəziyyətdən istifadə etməklə özlərini xalqın havadarı kimi göstərmək istəyirlər. Beləliklə onlar bir tərəfdən hansısa güclərin vassali olaraq onların sifarişini yerinə yetirirlərsə, digər tərəfdən isə yaranmış vəziyyətdən sui-istifadə edərək daxili stabilliyin pozulmasına nail olmaq istəyirlər.
Buna yol vermek olmaz. Hər kəs öz məsuliyyətini başa düşməlidir.
Xalqı aldatmaq mümkün deyil, elin gözü tərəzidir, hər şeyi dəqiq görür. Ölkəmizdə stabilliyin pozulmasında xarici güclər də maraqlıdır.
Ona görə də ziyalılarımız, alimlərimiz və digər ictimai təşkilatlar bütövlüyümüz uğrunda mübarizəyə qalxmalı və Prezidentimiz ətrafında sıx Birlik nümayiş etdirməlidirlər. Mövcud problemlerin( korrupsiyaya qarşı mübarizə, monopoliya, məmur özbaşınalığına son qoymaq, əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətdə görülən işlərdə, əsaslı kadr islahatlarının) həyata keçirilməsində Prezidentə və 1-ci Vitse Prezidentə dəstək olmaq lazımdır. Azərbaycanın Bütövlüyü naminə bizim hər bir Azərbaycanlımız siyasi mənsubiyyətindən asılı olmayaraq bu gün ölkə Prezidenti ətrafında sıx birlik nümayiş etdirməli və müxalifətin növbəti uydurmalarına inanmamalıyıq.
Mirkazım Seyidov

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR