Mogerini: “Ukrayna məsələsində Ruisya ilə fikir ayrılığımız davam edir”

“Avropa İttifaqı və Rusiya arasında Ukrayna ilə bağlı qlobal fikir ayrılığı davam edir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşün yekununa dair mətbiat konfransında bildirib. “Avropa İttifaqının Rusiya ilə bir neçə qlobal fikir ayrılığı var. Bu, ilk növbədə Ukrayna məsələsi ilə bağlıdır. Aİ Krımın Rusiya tərəfindən ilhaq olunduğunu hesab edir”, – deyə Aİ rəsmisi vurğulayıb.

F. Mogerini Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyini qeyd edib. O, bunun aprelin 23-də Donbasda ATƏT missiyasının avtomobilinin partladılması fonunda xüsusi aktuallıq daşıdığını söyləyib: “Biz Minsk razılaşmalarına əsaslanan yol xəritəsinin necə həyata keçirilməsini müzakirə etdik”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR