Moldova hökumətinin binasında axtarış aparılır

Moldovada korrupsiyaya qarşı mübarizə mərkəzinin əməkdaşları və Antikorrupsiya Prokurorluğunun zabitləri hökumət binasında və digər dövlət müəssisələrində axtarış həyata keçirir.

“Report” “Sputnik Moldova”ya istinadən xəbər verir ki, bu barədə məlumatı Milli Antikorrupsiya Mərkəzinin mətbuat katibi Anjela Starinski təsdiq edib.

Onun sözlərinə görə, axtarışın keçirilməsinin əsas səbəbi korrupsiya işi ilə əlaqədardır.
“Hələlik hər şeyi tam detallı açıqlaya bilmirik. Yalnız onu deyə bilərəm ki, bu korrupsiya işində məmurlar və bəzi iqtisadi agentlərin əli var”, – A.Starinski bildirib.

Qeyd olunur ki, axtarış aparılan qurumlar arasında səmərəli enerji fondu da var.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR