Obama Nyu-Yorkda çıxışına görə daha 400 min dollar qazanıb

ABŞ-ın sabiq prezidenti Barak Obama Nyu-Yorkda növbəti çıxışına görə də Uoll-Stritdə olduğu qədər – 400 min dollar qazanıb.

“Report” xəbər verir ki, bu barədə “New York Post” nəşri yazıb.

Nəşrin məlumatına görə, Obama Nyu-Yorkun “The Pierre” otelində keçirilən “A&E Networks” reklam tədbirində iştirak edib. Burada tarixçi Doris Kirns Qudvin onunla kameralar qarşısında saatyarımlıq müsahibə edib.

Obama bundan əvvəl Uoll-Stritdəki çıxışına görə də 400 min dollar almışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR