Obama prezident postunu tərk etdikdən sonra ilk dəfə kütlə qarşısında çıxış edib – VİDEO

Barak Obama aprelin 24-də ABŞ-ın prezident postunu tərk etdikdən sonra ilk dəfə kütlə qarşısında çıxış edib.

Oxu.Az bu barədə Lenta.ru-ya istinadən xəbər verir.

Çikaqo Universitetində gənclər qarşısında çıxışı zamanı o, yetişən nəsil ilə işləməyə hazırlaşdığını bildirib.

“Edə biləcəyim ən əsas və ən vacib olan şey – dəyişən dünyada estafeti qəbul etmək üçün yeni nəslin liderlərini yetişdirməkdə yardım etməkdir”, – Obamanın sözlərini agentlik sitat gətirib.

O vurğulayıb ki, məhkəmə islahatları və siyasətin maliyyələşdirilməsi sahəsində çalışmağı planlaşdırır.

ABŞ-ın 44-cü prezidenti, həmçinin çıxışında bir dəfə də olsun Ağ evin hazırkı sahibi Donald Trampın adını çəkməyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR