Qazax rayonunda dələduzluq edən şəxsin əməli başına bəla oldu.
ARB TV xəbər verir ki, məlumata görə, rayonun Yuxarı Salahlı kənd sakini Musa Cəfərov 5 nəfəri aldadaraq onlardan övladlarına sürücülük vəsiqəsi düzəltmək adıyla 5 000 manat pul alıb. Daha sonra isə Bakıya yollanıb.
Qazax Rayon Polis Şöbəsinə edilən müraciət əsasında Musa Cəfərov paytaxtda saxlanılıb.
Saxlanılan şəxs: “Olub da, həyatdır. Hər şey olur. Almışam səhv etmişəm. Düzgün deyil, bizlik deyil”.
Faktla bağlı Qazax RPŞ-də araşdırmalara başlanılıb.