Peterburq terrorunu törədən şəxs haqda yeni faktlar

Rusiyanın Sankt-Peterburq şəhərində partlayışı törədən Qırğızıstan doğumlu, özbək əsilli Rusiya vətəndaşı 23 yaşlı Əkbərjon Cəlilov hadisədən öncə Türkiyədə olub.

Axar.az xəbər verir ki, məlumatı rus mətbuatı yayıb.

Axtarışlar zamanı məlum olub ki, Əkbərjan bundan əvvəl Qırğızıstana, ordan da Türkiyəyə gedib.

Türkiyə-Suriya sərhədində saxlanılan gənc nəzarətdən sonra deportasiya edilərək Rusiyaya göndərilib.

Xatırladaq ki, Sankt-Peterburq metrosundakı partlayış nəticəsində 14 nəfər dünyasını dəyişib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR